Bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) üzvü, uzun illər vəkillik fəaliyyəti ilə məşğul olan Fazil Məmmədovun 85 illik yubileyi qeyd olunur.
Yubiley münasibətilə
VK sədri Anar Bağırov veteran vəkili ziyarət edərək onu səmimi-qəlbdən təbrik
edib, uzun illər ərzində vəkillik sahəsində göstərdiyi xidmətləri yüksək qiymətləndirib.
Sədr yubilyara möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində yeni uğurlar
arzulayıb.
Görüş zamanı Fazil Məmmədov
vəkillik fəaliyyəti ilə bağlı xatirələrini bölüşüb, peşə yolunda qazandığı təcrübə
və qarşılaşdığı maraqlı məqamlardan söz açıb, sonda xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, Fazil Məmmədov 1980-ci ildən etibarən vəkillik fəaliyyəti ilə məşğul olur və hazırda Bakı şəhəri 4 saylı Vəkil Bürosunda vəkil kimi fəaliyyət göstərir.



