2026-cı il mayın 1-də Azərbaycan
Respublikası Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası
keçirilib.
İclası giriş sözü ilə
açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son
dövrdə həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat
verib.
Gündəliyə uyğun olaraq
bəzi vəkillərin dövlət qulluğunda fəaliyyətinə xitam verilməsi ilə əlaqədar vəkillik
fəaliyyətinin bərpa edilməsi, dövlət qulluğuna qəbul edildiyinə görə vəkillik fəaliyyətinin
dayandırılması, digər vəkil qurumlarına keçməsi, müəyyən müddətə üzvlük
haqqından azad olunması və mövcud borcların silinməsi ilə bağlı müraciətlərinə
baxılıb və müvafiq qərarlar qəbul edilib.
Bundan başqa, VK-nın
Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 77 ünvanında yerləşən
inzibati binasında aparılan təmir-tikinti işlərinin gedişi ilə bağlı məsələlər
müzakirə olunub. Qeyd edilib ki, hazırda inzibati binada təmir-tikinti işləri davam
etdirilir. Görülən işlər çərçivəsində müasir standartlara uyğun iş şəraitinin
yaradılması üçün əlverişli infrastrukturun formalaşdırılması nəzərdə tutulur.
Eyni zamanda dövlət
hesabına hüquqi yardımın göstərilməsi ilə bağlı məsələyə baxılıb. Bu istiqamətində
həyata keçirilən tədbirlər barədə məlumat verilib, mövcud vəziyyət və qarşıda
duran vəzifələr diqqətə çatdırılıb.
İclasın davamında Vəkillərin
İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları
ilə yol verilən intizam pozuntularına görə 1 vəkilə töhmət verilib, 1 vəkilə xəbərdarlıq
edilib, 2 vəkil barəsində isə cərimə tədbiri tətbiq olunub.
Sonda Kollegiyanın fəaliyyəti
ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar
qəbul olunub.
