Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidməti tərəfindən probasiya qeydiyyatında olan şəxslərin hüquq və azadlıqlarının təmin olunması məqsədilə pulsuz hüquqi yardım aksiyaları mütəmadi olaraq davam etdirilir.
Bu istiqamətdə növbəti
hüquqi yardım aksiyası aprelin 30-də Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzinin
təşkilatçılığı ilə Probasiya xidmətində həyata keçirilib.
Aksiya çərçivəsində “Praym
Leqal” Vəkil Bürosunun vəkilləri tərəfindən Ədliyyə Nazirliyinin Bakı şəhər
Probasiya idarəsinin qeydiyyatında olan 25 nəfər qəbul edilib.
Məhkumların qarşılaşdığı hüquqi problemlər dinlənilib, onların həlli ilə bağlı müvafiq tədbirlər görülüb, eləcə də müxtəlif hüquqi məsələlər üzrə şifahi və yazılı izahatlar verilməklə pulsuz hüquqi yardım göstərilib.




