6-9 may 2026-cı il tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) nümayəndə heyəti Türkiyənin İzmir şəhərində Beynəlxalq Hüquqçu Qadınlar Federasiyası (FIFCJ) tərəfindən təşkil olunan beynəlxalq konfransda iştirak edib.
İzmir
İqtisad Konqresi binasında keçirilən tədbir “Çoxsaylı böhranlar dövründə süni
intellekt və rəqəmsal transformasiyanın qadınların hüquqlara çıxışına təsiri”
mövzusuna həsr olunub.
Konfransda
Türkiyə, Azərbaycan, Mozambik, Braziliya, Anqola, İspaniya, İtaliya, Pakistan və
digər ölkələrdən nümayəndə heyətləri iştirak edərək aktual hüquqi mövzular ətrafında
fikir mübadiləsi aparıblar.
Tədbir
Türkiyə Hüquqçu Qadınlar Dərnəyinin sədri Zübeydə Aksay, İzmir Barosunun sədri
Sefa Yılmaz və FIFCJ prezidenti Manoela Gonçalves Silvanın açılış nitqləri ilə
başlayıb.
VK Rəyasət
Heyətinin üzvü, Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova açılış çərçivəsində
mövzu üzrə çıxış edərək, ölkəmizdə rəqəmsallaşmanın hüquq sahəsində yaratdığı
imkanları təqdim edib.
Bundan əlavə,
Kollegiyanın İntizam Komissiyasının üzvü Gülşən Salmanova “Süni intellekt və
qadınların hüquqlara çıxışı: əlillik və həssas qruplar” mövzusunda keçirilən
panel müzakirələrdə çıxış edib. O, rəqəmsal transformasiyanın qadın
hüquqşünasların fəaliyyətinə təsiri və Azərbaycanda bu sahədə əldə olunan
nailiyyətlər barədə məlumat verib.
Panel
sessiyalarında süni intellekt texnologiyalarının hüquq sisteminə təsiri, məlumat
təhlükəsizliyi, alqoritmik ayrı-seçkilik, miqrasiya, iqtisadi həssaslıq və rəqəmsal
platformalarda insan hüquqlarının qorunması kimi aktual məsələlər geniş şəkildə
müzakirə olunub.
Konfransın
yekununda qəbul edilən “İzmir Bəyannaməsi”ndə süni intellekt sistemlərinin
gender baxımından neytral olmadığı, bu səbəbdən hüquqi və institusional çərçivələrin
təkmilləşdirilməsinin vacibliyi xüsusi vurğulanıb.
Qeyd olunub
ki, Azərbaycanın təcrübəsi rəqəmsallaşmanın düzgün tətbiqi nəticəsində qadın
hüquqşünasların sayının əhəmiyyətli dərəcədə artmasına nümunədir və bu istiqamətdə
beynəlxalq əməkdaşlığın genişləndirilməsi vacibdir.
Konfrans beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qadınların hüquqlara çıxışının genişləndirilməsi və rəqəmsal dövrdə hüquqi mexanizmlərin inkişafı baxımından mühüm platforma olub.











