2026-cı il mayın 13-də “Hilton” mehmanxanasında Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib, “PAŞA Holding”lə “LEGİS Hüquq Forumu” layihəsi üzrə əməkdaşlığa dair Memorandum imzalanıb.
Tədbirdə
VK Rəyasət Heyətinin üzvləri ilə yanaşı, Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin
Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov,
“PAŞA Holding”inHüquq və dövlət qurumları ilə əlaqələr departamentinin
direktoru, “LEGİS Hüquq Forumu”nun təşkilat komitəsinin rəhbəri Aytac Qasımova,
vəkil qurumlarının rəhbərləri, vəkillər, eləcə də kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak ediblər.
Mərasimdən
əvvəl vəkilliyə namizədlər Fəxri xiyabanı ziyarət edib, Ümummilli Lider Heydər
Əliyevin məzarı önünə gül qoyub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsini dərin
ehtiramla anıblar.
Sonra tədbir
Qadın Vəkillər Alyansının üzvlərinin ifasında Azərbaycan Respublikasının Dövlət
Himninin və Vəkil Marşının səsləndirilməsi ilə başlayıb. Ardınca müasir müstəqil
Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin, həmçinin ölkəmizin müstəqilliyi
və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Mərasimdə
Kollegiyanın il ərzində həyata keçirdiyi fəaliyyətləri əks etdirən illik
hesabat xarakterli videoçarx nümayiş olunub.
Tədbirdə
açılış nitqi ilə çıxış edən Kollegiyanın sədri Anar Bağırov iştirakçıları
salamlayaraq ölkəmizdə vəkillik institutunun keçdiyi inkişaf yolundan bəhs
edib, son illərdə həyata keçirilən genişmiqyaslı islahatların bu sahənin
institusional baxımdan daha da möhkəmlənməsinə mühüm töhfə verdiyini bildirib.
Sədr vəkillərin
sayında müşahidə olunan dinamik artım, peşə hazırlığının gücləndirilməsi,
davamlı tədris proqramlarının tətbiqi, elektron xidmətlərin genişləndirilməsi,
eləcə də regionlarda yaşayan vətəndaşların keyfiyyətli hüquqi yardıma çıxış
imkanlarının artırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat
verib.
Həmçinin
Anar Bağırov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 1999-cu il 28 dekabr
tarixində imzaladığı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun Azərbaycan
vəkilliyinin tarixində mühüm dönüş nöqtəsi olub. Bildirilib ki, həmin qanunun qəbulundan
sonra ilk dəfə olaraq vəkillik müstəqil hüquqi təsisat kimi formalaşıb,
hakimiyyətin heç bir qolundan asılı olmayan peşə birliyi statusu qazanıb və qəbul
olunmuş prosessual qanunvericilik çərçivəsində məhkəmə prosesində bərabərhüquqlu
tərəf kimi iştirak etməyə başlayıb.
Sədr
çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
imzalanmış 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin
inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamın, eləcə də dövlət
başçısının 19 noyabr 2025-ci il tarixli Fərmanı ilə “Vəkillər və vəkillik fəaliyyəti
haqqında” Qanuna edilmiş dəyişikliklərinvəkillik institutunun inkişafında mühüm
mərhələ təşkil etdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, dövlət başçısının bu
sahəyə göstərdiyi ardıcıl diqqət və dəstək hüquq sisteminin təkmilləşdirilməsinə,
müdafiə hüququnun daha səmərəli təmin olunmasına və vəkillik institutunun fəaliyyət
imkanlarının genişlənməsinəşərait yaradıb.
Anar
Bağırov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji
inkişaf xətti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən
uğurla davam etdirilir.
Sədr
çıxışının davamında qeyd edib ki, 2018-ci ildən etibarən vəkilliyə qəbul
prosesi əhatə dairəsi baxımından əhəmiyyətli şəkildə genişləndirilib və bu müddət
ərzində ümumilikdə 17 test imtahanı təşkil olunub. Həmin imtahanlarda 7 000-dən
çox namizəd iştirak edib, onlardan 2 103 nəfəri icbari təlim mərhələsini uğurla
başa vuraraq and içib və Kollegiyanın üzvü olub.
Diqqətə
çatdırılıb ki, bugünkü mərasimdə daha 64namizəd təntənəli şəkildə and içərək
Kollegiyanın sıralarına qəbul olunub. Bununla da ölkədə fəaliyyət göstərən vəkillərin
ümumi sayı 2 950 nəfərə çatıb. Yeni qəbul edilən vəkillərdən 43 nəfəri kişi, 21
nəfəri qadındır. Onlardan 4 nəfəri regionlarda, 60 nəfəri isə paytaxtda fəaliyyət
göstərəcək. Yeni üzvlərin qəbulu nəticəsində qadın vəkillərin sayı 670 nəfərə
yüksəlib ki, bu da ümumi vəkil korpusunun təxminən 23 faizini təşkil edir.
Namizədlər
sırasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini olmuş
Sona Salmanova və əvvəllər hakim işləmiş 6 namizəd də yer alır.
Anar
Bağırov çıxış zamanı əlavə edib ki, Kollegiyanın son illərdə dövlət və özəl
sektor nümayəndələri ilə əməkdaşlıq əlaqələri əhəmiyyətli dərəcədə genişlənib,
müxtəlif qurumlarla tərəfdaşlıq münasibətləri qurulur. Bildirilib ki, “PAŞA
Holding”lə “LEGİS Hüquq Forumu” layihəsi üzrə əməkdaşlığa dair Memorandumun
imzalanması tərəflər arasında əməkdaşlığın daha da gücləndirilməsi baxımından
mühüm əhəmiyyət daşıyacaq. VK ilə “PAŞA Bank” arasında daha əvvəl imzalanmış əməkdaşlıq
Memorandumuna da toxunan sədr həmin tərəfdaşlığı yüksək qiymətləndirib.
Eyni
zamanda mərasimdə Kollegiyanın üzvü, VK-nınAğsaqqallar Şurasının sədri, əməkdar
hüquqşünas İkram Kərimov çıxış edərək namizədləri təbrik edib, gənc vəkillərə fəaliyyətlərində
insan hüquq və azadlıqlarının müdafiəsində prinsipial mövqe nümayiş etdirməyi,
qanunun aliliyini hər zaman rəhbər tutmağı tövsiyə edib.
Tədbirdə
çıxış edən “PAŞA Holding”in Hüquq və dövlət qurumları ilə əlaqələr
departamentinin direktoru, “LEGİS Hüquq Forumu”nun təşkilat komitəsinin rəhbəri
Aytac Qasımova Kollegiya ilə əməkdaşlığa dair Memorandumun imzalanmasını çox
müsbət hal hesab edərək bunun hüquq sahəsində institusionaləməkdaşlığın
inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
O qeyd
edib ki, bu cür əməkdaşlıq hüquq sahəsində müasir yanaşmaların tətbiqinə, peşəkar
hüquqi mühitin inkişafına və hüquqi yardım sahəsi üzrə birgə layihələrin həyata
keçirilməsinə xidmət edəcək. Kollegiya ilə qurulan əməkdaşlıq çərçivəsində həyata
keçiriləcək təşəbbüslər hüquq sahəsində dayanıqlı və faydalı nəticələrin əldə
olunmasına imkan verəcək.
Daha sonra
mərasim çərçivəsində “PAŞA Holding”lə“LEGİS Hüquq Forumu” layihəsi üzrə əməkdaşlığa
dair Memorandum imzalanıb. Sənəd hüquqi yardım sahəsi üzrə birgə layihələrin həyata
keçirilməsi, müasir texnologiyaların və elmi inkişafın nəticələrinin istifadəsinin
qarşılıqlı əlaqələndirilməsi, birgə seminar, treninq, konfrans və akademik tədbirlərin
təşkili və həyata keçirilməsi, müxtəlif qanunvericilik sahələri üzrə
informasiya mübadiləsi, eləcə də qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı
təkliflərin hazırlanmasındaqarşılıqlı əməkdaşlığı nəzərdə tutur.
Ardınca vəkilliyə
qəbul üzrə ixtisas imtahanlarındanuğurla keçmiş, icbari təlim mərhələsini müvəffəqiyyətlə
başa vurmuş və şifahi müsahibədən keçərək Kollegiya üzvlüyünə qəbul edilmiş
namizədlərin təntənəli andiçmə mərasimi keçirilib. Namizədlər Azərbaycanın Dövlət
Bayrağı önündə and içərək vəkil peşəsinin şərəf və ləyaqətini daim uca
tutacaqlarına, qanunun aliliyinə sadiq qalacaqlarına və insan hüquq və
azadlıqlarının müdafiəsində vicdanla fəaliyyət göstərəcəklərinə dair öhdəlik
götürüblər.
Mərasim
zamanı onlara vəkil vəsiqələri təqdim olunub.
Tədbirdə
çıxış edən yeni vəkillər bu şərəfli peşəyə qəbul olunmağın onlar üçün böyük
qürur mənbəyi olduğunu bildirərək, vəkilliyə qəbul prosesinin şəffaf, ardıcıl və
sistemli şəkildə təşkilinə görə VK Rəyasət Heyətinə təşəkkürlərini bildiriblər.
Həmçinin mərasimdə
dördüncü “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihə qalibi
olmuş Səbuhi Göyüşova tövsiyə məktubu, diplom və qiymətli hədiyyə təqdim
edilib.
Sonda fəaliyyətində fərqlənmiş və yubiley yaşını qeyd edən Kollegiyanın bir qrup üzvü də təltif olunub.





































