Mayın 16-da Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Hüquq Klinikası tərəfindən təşkil olunan “Açıq Qapı” adlı ilk pulsuz hüquqi yardım kampaniyası uğurla başa çatıb.
Kampaniya çərçivəsində
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan fakültə müəllimləri tərəfindən
vətəndaşlara əmlak, vərəsəlik, miqrasiya, əmək, torpaq, icra və cinayət hüququ
sahələri üzrə pulsuz hüquqi yardım göstərilib.
Müraciət edən şəxslərin
sualları cavablandırılıb, onlara müvafiq hüquqi izah və tövsiyələr təqdim olunub.
Tədbirin yekununda
hüquqi yardımı həyata keçirən vəkil müəllimlərə fakültə rəhbərliyi adından təşəkkürnamələr
təqdim edilib.
Layihənin əsas məqsədi əhalinin
hüquqi maarifləndirilməsinə dəstək göstərmək, xüsusilə hüquqi yardıma ehtiyacı
olan şəxslərin peşəkar hüquqi məsləhət alma imkanlarını genişləndirmək olub.
Qeyd edək ki, birgə əməkdaşlıq
sazişi çərçivəsində həm Bakı Dövlət Universiteti və Hüquq fakültəsi, həm də Vəkillər
Kollegiyası olaraq hüquqi maarifləndirmənin, əhalinin hüquqi savadlılığının
artırılmasının əhəmiyyətini nəzərə alaraq bu istiqamətdə təşəbbüslərin həyata
keçirilməsinə xüsusi önəm verir.
Kampaniyanın təşkilində iştirak edən müəllim və tələbələrə təşəkkür bildirilib.






