Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər məhkumlara növbəti pulsuz hüquqi yardım göstəriblər

22 may 2026    357 share share

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq azadlıqdan məhrum edilmiş və həbs edilmiş şəxslər üçün "İnsan Hüquqları Aylığı" çərçivəsində pulsuz hüquqi yardım və maarifləndirmə işi həyata keçirilib.

Belə ki, “Presedent” Vəkil Bürosunun vəkilləri tərəfindən 1 və 15 saylı cəzaçəkmə müəssisələrində ümumilikdə 35 nəfərə yaxın məhkum qəbul edilib və onların müraciəti dinlənilib, müxtəlif hüquqi məsələlər ətrafında izahat verilib və sualları cavablandırılıb.