Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidməti tərəfindən probasiya qeydiyyatında olan şəxslərin hüquq və azadlıqlarının təmin olunması məqsədilə pulsuz hüquqi yardım aksiyaları mütəmadi olaraq davam etdirilir.
Bu istiqamətdə növbəti hüquqi yardım aksiyası mayın 22-də Vəkillər
Kollegiyasının Hüquqi Yardım Mərkəzinin təşkilatçılığı ilə Probasiya xidmətində
həyata keçirilib.
Aksiya çərçivəsində Gəncə Regional Vəkil Bürosunun vəkilləri tərəfindən
Ədliyyə Nazirliyinin Gəncə şəhər Probasiya idarəsinin qeydiyyatında olan 12 nəfər
qəbul edilib.
Məhkumların qarşılaşdığı hüquqi problemlər dinlənilib, onların həlli ilə bağlı müvafiq tədbirlər görülüb, eləcə də müxtəlif hüquqi məsələlər üzrə şifahi və yazılı izahatlar verilməklə pulsuz hüquqi yardım göstərilib.

