2026-cı il iyunun 6-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin
cari fəaliyyəti, son dövrdə həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr
barədə ətraflı məlumat verib.
Gündəliyə uyğun olaraq bəzi vəkillərin dövlət qulluğunda fəaliyyətinə
xitam verilməsi ilə əlaqədar vəkillik fəaliyyətinin bərpa edilməsi, dövlət
qulluğuna qəbul edildiyinə görə vəkillik fəaliyyətinin dayandırılması, digər vəkil
qurumlarına keçməsi, öz arzusu ilə vəkillik fəaliyyətinə xitam verilməsi, eləcə
də müəyyən müddətə üzvlük haqqından azad olunması ilə bağlı müraciətlərinə baxılıb
və müvafiq qərarlar qəbul edilib.
Həmçinin iclasda “Fortis” Vəkil Bürosunun təsis edilməsi və bəzi vəkillərin
vəkil kabineti yaratmaları ilə bağlı müraciətləri müzakirə olunaraq müsbət qərarlar
qəbul edilib.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər
də müzakirə olunub və zəruri qərarlar qəbul olunub.