2026-cı il iyunun 8-də Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlərinin növbəti ümumi yığıncağı keçirilib.
Naxçıvan Muxtar
Respublikası Vəkillər Kollegiyasının inzibati binasında təşkil edilən tədbirdə
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun başçılıq
etdiyi nümayəndə, Muxtar Respublikasında fəaliyyət göstərən vəkillər, habelə
kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Ümumi yığıncaq Vəkil
Marşının səsləndirilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış
edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar
Bağıroviştirakçıları salamlayaraq tədbirin gündəliyi barədə iştirakçılara ətraflı
məlumat verib, Kollegiyanın son illər ərzindəki fəaliyyətdən və ölkəmizdə vəkillik
institutunun keçdiyi inkişaf mərhələlərindən danışıb.
Sədr bildirib ki,
Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının fəaliyyəti, qarşılaşdığı məsələlərin
həlli və maddi-texniki bazasının gücləndirilməsi daim Azərbaycan Respublikası Vəkillər
Kollegiyasının diqqət mərkəzində saxlanılıb. Qeyd edilib ki, son illərdə bu
istiqamətdə ardıcıl tədbirlər həyata keçirilib, bir sıra institusionalislahatlar
aparılıb və qəbul edilən qərarlar nəticəsində Naxçıvanda vəkillik fəaliyyətinin
inkişafı üçün daha əlverişli şərait formalaşdırılıb.
Eyni zamanda Anar
Bağırov diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən
qəbul olunan qərarlara uyğun olaraq Naxçıvan Muxtar Respublikası Vəkillər
Kollegiyasının maddi vəziyyətinin yaxşılaşdırılmasıilə yanaşı, inzibati və təşkilati
imkanlarının genişləndirilməsi istiqamətində də müvafiq addımlar atılıb. Bunun
nəticəsində vəkillərin fəaliyyəti üçün müasir iş şəraiti yaradılıb, hüquqi
yardımın təşkili imkanları daha da genişlənib. Aparılan islahatlar çərçivəsində
Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Vəkillər
kollegiyalarının birgə fəaliyyəti nəticəsində vəkilliyə qəbul prosesi daha da
intensivləşdirilib və bu, Muxtar Respublikada vəkillərin sayının artmasına müsbət
təsir göstərib.
Kollegiya sədri
çıxışında vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən 28 dekabr
1999-cu il tarixində imzalanmış “Vəkillər və vəkillik fəaliyyəti haqqında”
Qanun Azərbaycan vəkilliyinin inkişaf tarixində mühüm dönüş nöqtəsi olub. Həmin
Qanunla ölkəmizdə ilk dəfə olaraq vəkillik institutu tam müstəqil, dövlət
hakimiyyətinin heç bir qolundan asılı olmayan təsisat kimi formalaşdırılıb.
Sədr bildirib ki, eyni
dövrdə qəbul edilmiş prosessual qanunvericilik aktları nəticəsində vəkillik çəkişmə
prinsipinə əsaslanan məhkəmə sisteminin ayrılmaz hissəsinə çevrilib, vəkillər
proses iştirakçıları arasında bərabərhüquqlu peşə birliyi statusu qazanıblar.
Bu islahatlar ölkədə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi
sahəsində mühüm irəliləyişlərin əsasını təşkil edib.
Anar Bağırov qeyd edib
ki, Ümummilli Lider tərəfindən müəyyən edilmiş inkişaf strategiyası bu gün Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam
etdirilir. Vurğulanıb ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın da dəstəyi ilə hüquq sahəsində həyata
keçirilən islahatlar daha da sürətlənib, vəkillik institutunun potensialı əhəmiyyətli
dərəcədə gücləndirilib, beynəlxalq əməkdaşlıq əlaqələri genişləndirilib və Azərbaycanın
hüquq ictimaiyyətinin beynəlxalq nüfuzu daha da artıb.
Həmçinin sədr çıxışında
Prezident İlham Əliyev tərəfindən 19 noyabr 2025-ci il tarixində imzalanmış Fərmanla
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa
edilmiş dəyişikliklərə, habelə “Naxçıvan Muxtar Respublikasının Vəkillər
Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun “Vəkillər və vəkillik
fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına
uyğunlaşdırılması məqsədilə müvafiq qanuna edilmişdəyişikliklərə də toxunub.
Qeyd olunub ki, həmin dəyişikliklər vəkillik institutunun institusionaləsaslarının
daha da möhkəmləndirilməsinə, peşə fəaliyyətinin müasir çağırışlara uyğun şəkildə
təşkilinə, çevik idarəetmə mexanizmlərinin tətbiqinə və hüquqi yardım
sisteminin təkmilləşdirilməsinə xidmət edir.
Naxçıvan Muxtar
Respublikası Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov çıxış edərək son dövrlər
Kollegiyanın gördüyü işlərdən bəhs edib. Sədr bildirib ki, Naxçıvan Muxtar
Respublikası Vəkillər Kollegiyası 2008-ci ildə 8 vəkil tərəfindən təsis edilib,
bu gün isə 40 vəkil ilə fəaliyyət göstərməkdədir. O qeyd edib ki, 2023-cü ildən
etibarən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyinin dəstəyi
ilə Kollegiyanın fəaliyyətində köklü dəyişikliklər baş verib, müqavilə
formaları, order strukturu, dövlət hesabına göstərilən hüquqi yardımla bağlı hesabatlar
və digər sənədlər vahid standartlara uyğunlaşdırılaraq bu istiqamətində mühüm
addımlar atılıb.
Həmçinin Vüsal Həsənov
vurğulayıb ki, 2023-2025-ci illər ərzində keçirilən imtahanlarda 62 namizəd
iştirak edib. 2023-cü ilədək Kollegiyanın tərkibində yalnız 1 büro fəaliyyət
göstərib, həmin ildən etibarən isə mütəmadi olaraq qurumlar yaradılıb və sayı
4-ə yüksəlib. Bununla da regionların hüquqi xidmətlərə çıxışı genişləndirilib.
Vətəndaşların hüquqi maarifləndirilməsi istiqamətindəki fəaliyyətə də toxunan sədr
söyləyib ki, hər ay ucqar rayonlarda yaşayan, vəkilə müraciət imkanı məhdud
olan şəxslərə bilavasitə yaşadıqları yerlərdə pulsuz hüquqi yardım göstərilir.
Bundan əlavə, Kollegiyadavəkillərin həvəsləndirilməsi məsələsinə də xüsusi diqqət
yetirilir, onların fəaliyyətləri, ictimai borca münasibətləri və peşəkarlıq səviyyələri
nəzərə alınaraq bir sıra vəkillər müvafiq qərarlarla təltif olunur.
Diqqətə çatdırılıb ki,
Naxçıvan Muxtar Respublikasında da vəkillik fəaliyyətinin hüquqi əsasını Azərbaycan
Respublikasının "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunu təşkil
edir və bu çərçivədə vəkillik fəaliyyətinin bütün istiqamətləri - vəkil
etikası, vəkil sirri, peşə hazırlığı, dövlət hesabına hüquqi yardım və digər məsələlər
həmin qanunla tənzimlənir.
Gündəliyə uyğun olaraq
ümumi yığıncaq çərçivəsində Hesablama Komissiyasının tərkibi müəyyən edilib.
Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinə,
Vəkillərin İntizam və İxtisas Komissiyalarının Əsasnamələrinə, “Vəkillərin etik
davranış qaydaları haqqında” Əsasnaməyə əlavə və dəyişikliklər edilməsi, eləcə
də "Üzvlük haqqının ödənilməsi” qaydasının və sair qaydaların Naxçıvan
Muxtar Respublika Vəkillər Kollegiyası haqqında qanunun 11-ci maddəsinə uyğun
olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən qəbul edilmiş
qüvvədə olan Əsasnamələr, qaydalar və sair sənədlərlə bağlı məsələlər müzakirə
olunaraq müsbət qərarlar qəbul edilib.
Bundan başqa, ümumi
yığıncaqda keçirilən səsvermənin nəticələrinə əsasən, Naxçıvan Muxtar Respublika Vəkillər
Kollegiyasının üzvü Ələkbər Cəfərovun həmin Kollegiyanın sədr müavini vəzifəsinə seçildiyi
elan olunub.
Daha sonra ümumi yığıncaqda Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının fəaliyyəti ilə bağlı əhəmiyyət kəsb edən digər məsələlər də gündəliyə çıxarılıb. Bu məsələlər ətrafında geniş müzakirələr aparılıb, iştirakçılar tərəfindən müxtəlif təkliflər səsləndirilib, eləcə də ünvanlanan suallar ətraflı şəkildə cavablandırılıb.












