15 iyun - Milli Qurtuluş Günü münasibətilə və “İnsan hüquqları aylığı” çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) tərəfindən respublika ərazisində növbəti dəfə pulsuz hüquqi yardım aksiyası ilə bağlı “Açıq qapı” günü keçirilib.
Belə ki, iyunun 12-də Bakı şəhəri 7 saylı Vəkil Bürosu, Bakı şəhəri 17
saylı Vəkil Bürosu, “LCG” Vəkil Bürosu, “Presedent” Vəkil Bürosu, Gəncə
Regional Vəkil Bürosu, Şəki Regional Vəkil Bürosu, Şirvan Regional Vəkil
Bürosu, Mingəçevir şəhər Vəkil Bürosu, Göygöl rayon Vəkil Bürosu, Qəbələ rayon Vəkil
Bürosu, Cəlilabad rayon Vəkil Bürosu və Naxçıvan Muxtar Respublikasının Vəkillər
Kollegiyasının üzvləri vətəndaşlara pulsuz hüquqi yardım göstəriblər.
“Açıq qapı” günü çərçivəsində vəkillər tərəfindən 100-ə yaxın vətəndaşa hüquqi məsləhətlər verilib, həmçinin
müvafiq yazılı ərizələr tərtib edilib.
Vətəndaşlar tərəfindən edilən müraciətlərin əksəriyyəti inzibati işlər,
mülkiyyət hüququ, hüquqi faktın müəyyən olunması, pensiya təminatı, kredit
mübahisəsi, mənzil təminatı və digər sosial məsələlərlə bağlı olub.
Sonda vətəndaşlar göstərilən hüquqi yardımdan məmnunluqlarını ifadə ediblər.






































