Bu günlərdə Türkiyənin İstanbul şəhərində Avropa Şurası və Avropa İttifaqının birgə təşkilatçılığı ilə “Nəzarət orqanları tərəfindən çirkili pulların yuyulmasına qarşı mübarizədə riskəsaslı yanaşma” mövzusunda ikigünlük təlim keçirilmişdir.
Təlimdə Maliyyə Fəaliyyəti üzrə İşçi Qrupun (FATF) çirkili pulların yuyulmasına qarşı mübarizə üzrə tövsiyələri, riskli hallar ilə bağlı monitorinq fəaliyyəti, sektorlar üzrə risk qiymətləndirməsinin aparılması, təşkilatların fəaliyyət xarakterindən asılı olaraq spesifik risklərin qiymətləndirilməsi və sair məsələlər barədə beynəlxalq ekspertlərin mühazirələri və mövzular ətrafında işitrakçı ölkələrin təcrübələri dinlənilmiş.
Qeyd olunmalıdır ki, tədbirdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Vəkillərin İxtisas Komissiyasının üzvü, vəkil Oktay Məhərrəmov tərəfindən təmsil olunmuşdur.
Tədbir təşkilatçıları ilə ikitərəfli görüşdə əldə olunmuş ilkin razılığa əsasən, vəkillərə münasibətdə nəzarət orqanı olaraq Azərbaycan Respublikasının Vəkillər Kollegiyası AŞ tərəfindən bu kimi təşəbbüslərə mütəmadi olaraq cəlb olunacaq və gələcəkdə vəkillərin çirkli pulların yuyulmasına qarşı preventiv mexanizmlərin hazırlanması üçün texniki dəstək veriləcəkdir.