Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə iyunun 25-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən pulsuz hüquqi yardımla bağlı respublika ərazisində fəaliyyət göstərən vəkil qurumlarında “Açıq qapı" günü təşkil edilib.
Belə ki, “Pro Bono” Vəkil Bürosunda, Gəncə Regional
Vəkil Bürosunda, Abşeron rayon Vəkil Bürosunda və Quba rayon Vəkil Bürosunda aztəminatlı
şəxslərə pulsuz hüquqi yardım göstərilib.
Aksiya zamanı vətəndaşlar ailə hüququ, mülki
mübahisələr, əmək münasibətləri, sosial təminatlar və digər hüquqi məsələlər
üzrə ətraflı məsləhətlərlə təmin ediliblər.
Həmçinin vəkillər tərəfindən sakinlərə hüquqlarının müdafiəsi yolları, mövcud qanunvericiliyin tətbiqi və hüquqi prosedurlar barədə izahatlar verilib, onlara zəruri istiqamətlər üzrə yazılı tövsiyələr təqdim olunub.


















