Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

VƏKİLLƏR KOLLEGİYASI ELSA İLƏ ƏMƏKDAŞLIQ SAZİŞİ BAĞLAMIŞDIR

29 noyabr 2018    2946 share share

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətində Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) Bakı ictimai birliyinin nümayəndələri ilə görüş keçirilmişdir.

Qonaqlar Kollegiyasının sədri Anar Bağırov tərəfindən qəbul olunmuş, gənc hüquqşünasların vəkil peşəsini seçməyə sövq edilməsi yolları, onların vəkil qurumlarında staj keçmələri, gələcəkdə səhnələşdirilmiş məhkəmə müsabiqələrinin keçirilməsində Kollegiyasının iştirakı məsələləri müzakirə olunmuşdur.

Bundan başqa, ELSA-nın Azərbaycan bölməsinin rəhbər Nigar Axundova təşkilatın missiyası, növbəti dövrdə həyata keçirəcəkləri tədbirlər barədə məlumat vermiş və Vəkillər Kollegiyasının tərəfdaşlar sırasında görmək istədiklərini bildirmişdir.

Görüş çərçivəsində Vəkillər Kollegiyası ilə ELSA arasında əməkdaşlıq sazişi imzalanmışdır. Razılaşmaya əsasən, bundan sonra Vəkillər Kollegiyası birgə layihələrin, konfransların, dəyirmi masaların, seminarların və müzakirələrin, məhkəmə müsabiqələrinin, hüquq məktəblərinin keçirilməsi, ELSA üzvlərinin vəkil qurumlarında təcrübə keçməsinə dəstək göstərəcəkdir.

Görüşdə həmçinin ELSA-nın baş katib Elxan Əliyev və üzvü Murad İsmayılov da iştirak etmişlər.