2026-cı il iyulun 7-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərliyi ilə növbəti vətəndaş qəbulu keçirilib.
Kollegiyanın inzibati binasında təşkil olunan qəbul
zamanı vətəndaşların
keyfiyyətli hüquqi yardımla bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlər
hərtərəfli araşdırılıb və hər bir müraciət ayrıca qeydə alınıb.
Qəbul çərçivəsində vətəndaşların üzləşdiyi hüquqi
problemlərin həlli istiqamətində ətraflı müzakirələr aparılıb, onlara mövcud
qanunvericiliyin tələblərinə uyğun hüquqi izahlar, praktiki tövsiyələr və
zəruri məsləhətlər verilib.
Eyni zamanda operativ həlli mümkün olan müraciətlər
üzrə müvafiq tapşırıqlar verilib, əlavə araşdırma tələb edən məsələlər isə
nəzarətə götürülərək, aidiyyəti üzrə zəruri tədbirlərin görüləcəyi nəzərə
çatdırılıb.
Qeyd edək ki, VK tərəfindən vətəndaş məmnunluğunun
artırılması, hüquqi yardımın keyfiyyətinin yüksəldilməsi və əhalinin hüquqi
xidmətlərə əlçatanlığının təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata
keçirilir. Bu məqsədlə Kollegiya sədri Anar Bağırovun rəhbərliyi ilə keçirilən
vətəndaş qəbulları müntəzəm xarakter daşıyır və müraciətlərə operativ, şəffaf,
obyektiv yanaşmanın təmin edilməsinə, vətəndaşların hüquq və qanuni
mənafelərinin səmərəli müdafiəsinə xidmət edir.
Sədrin qəbulunda iştirak etmək istəyən vətəndaşlar VK Aparatına müraciət edə bilərlər.



