Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının “Kibercinayətkarlıq və Kibertəhlükəsizlik Komitəsi”nin növbəti iclası keçirilib

22 iyul 2026    765 share share

Vəkillər Kollegiyasının “Kibercinayətkarlıq və Kibertəhlükəsizlik Komitəsi”nin növbəti iclası keçirilib.

İclas zamanı Komitəyə yeni üzvlük müraciətləri və üzvlərin qəbulu məsələlərinə baxılıb, həmçinin Komitənin cari və perspektiv fəaliyyət istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafının yaratdığı yeni hüquqi çağırışlar, BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyasının qəbulunun hüquqi nəticələri, eləcə də bu proseslərin hüquq sistemi və vəkillik peşəsi qarşısında yaratdığı yeni vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Kibercinayətkarlıq və Kibertəhlükəsizlik Komitəsi” artıq kibercinayətkarlıq, fərdi məlumatların qorunması, informasiya təhlükəsizliyi, süni intellekt və rəqəmsal hüquq sahələrində həm elmi-nəzəri biliklərə, həm də zəngin praktik təcrübəyə malik vəkillərdən ibarət peşəkar komanda formalaşdırıb. Bu potensial Komitəyə elmi müzakirələrin təşkili, hüquqi maarifləndirmənin gücləndirilməsi və peşəkar əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm fəaliyyət göstərməyə imkan yaradır.

Komitənin əsas məqsədlərindən biri kibercinayətkarlıq, informasiya təhlükəsizliyi, fərdi məlumatların qorunması və rəqəmsallaşma sahələrində fəaliyyət göstərən vəkillərin vahid platformada bir araya gətirilməsi, peşəkar əməkdaşlığın gücləndirilməsi, eləcə də Vəkillər Kollegiyasının bu istiqamətlər üzrə aparıcı hüquqi ekspert platformalarından biri kimi mövqeyinin daha da möhkəmləndirilməsidir.