Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilən və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən “Yüksəliş” müsabiqəsinin VI mövsümünün qalibləri müəyyənləşib.
Final mərhələsində iştirak edən 129 namizəd
arasından ən yüksək nəticə göstərən 20 iştirakçı qalib adını qazanıb. VI
mövsümün ən gənc qalibinin 24, ən yaşlı qalibinin isə 38 yaşı var.
Qaliblərin sırasında Vəkillər Kollegiyasının üzvü
Abbasova Fidan Sahib qızı da yer alıb.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı
ilə təsis olunub. Müsabiqənin qalibləri idarəçi rəhbərlər tərəfindən birillik
fərdi inkişaf proqramı çərçivəsində mentorluq dəstəyi almaq və özünüinkişaf
məqsədilə 20 min manat məbləğində pul mükafatı əldə etmək imkanı qazanırlar.
Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2025-ci il 10 dekabr tarixində müvafiq Sərəncam imzalanıb.
