Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər daha 55 nəfər məhkuma pulsuz hüquqi yardım göstəriblər

19 avqust 2026    60 share share

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq azadlıqdan məhrum edilmiş və həbs edilmiş şəxslərin qəbulu və maarifləndirmə işləri davam etdirilir.

Belə ki, avqustun 18-də Bakı şəhəri 13 saylı Vəkil Bürosu və Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkillər tərəfindən 7 və 16 saylı cəzaçəkmə müəssisələrində ümumilikdə 55 nəfər məhkumun müraciəti dinlənilib, müxtəlif məsələlər ətrafında onlara pulsuz hüquqi yardım göstərilib və müvafiq izahat verilib.