Baş redaktoru Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri, hüquq üzrə fəlsəfə doktoru Anar Bağırov olan “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının 2026, №1 (27) buraxılışı nəşr edilib.
Jurnalın yeni dərc olunmuş sayında tanınmış hüquq
alimlərinin, vəkillərin, müxtəlif sahələrdə fəaliyyət göstərən praktik
hüquqşünasların, həmçinin doktorant və tələbələrin müəllifi olduqları, hüququn
müxtəlif sahələri və istiqamətləri üzrə aktual mövzularda, ümumilikdə 20 elmi
məqalə redaksiya heyətinin və kənar rəyçilərin müsbət rəyindən keçməklə nəşrə
qəbul edilərək dərc olunub.
Qeyd edək ki, jurnalda dərc olunan hər bir elmi
məqalə antiplagiat yoxlamasından keçirilib və DOI indeksi ilə açar sözlər, o
cümlədən Azərbaycan, ingilis və rus dillərində geniş xülasələrlə nəşr edilib.
Redaksiya heyətində görkəmli yerli və beynəlxalq
hüquq alimlərinin təmsil olunduğu jurnalda bundan başqa, Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikasının Ali
Məhkəməsinin Plenumunun Qərarları və Vəkillər Kollegiyasının 2026-ci ilin
yanvar - may ayları üzrə müvafiq xəbərləri öz əksini tapıb.