Cari il avqustun 29-da vəkillərin peşə hazırlığı, eləcə də ixtisaslarının artırılması üzrə nəzərdə tutulmuş birinci istiqamət üzrə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Tədris Mərkəzi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə ilk icbari təlim keçirilib.
Təlimdə qeyd olunub ki,
bu tədris tədbirində iştirak Kollegiya üzvlərinin 31 yanvar 2026-cı il tarixində
keçirilmiş ümumi yığıncağında (konfransda) qəbul edilmiş və Kollegiya üzvləri
üçün peşə hazırlığı, eləcə də ixtisaslarının artırılması üzrə nəzərdə tutulmuş
birinci istiqamət üzrə icbari tədris tədbirlərinə daxil olan ilk təlimdir.
Təlimin əsas hissəsində
Vəkillər Kollegiyası Deontologiya Komitəsinin sədri, İntizam Komissiyasının
üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun müdiri Paşa Səfərov vəkilin müstəqilliyi
və peşə məsuliyyəti, vəkil-müştəri münasibətlərində etik davranış, vəkil sirri
və konfidensiallığın qorunması, müasir vəkillik fəaliyyətində etik çağırışlar və
digər əlaqəli məsələlər barədə çıxış edib.
Təlim interaktiv
formada davam edib və müxtəlif praktiki məsələlər təhlil olunub.
Təşkil olunmuş hibrid formalı təlimdə 838 vəkil iştirak edib.


