Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) dəvəti ilə ölkəmizdə səfərdə olan Türk Hüquqşünas Qadınlar Dərnəyinin sədri Zübeydə Aksayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
21 sentyabr 2026-cı il
tarixində baş tutan görüşdə VK-nın sədr müavini Pərviz Ələkbərov, Dövlət Komitəsinin
müvafiq struktur bölmə rəhbər və əməkdaşları, eləcə də Kollegiyanın Rəyasət Heyətinin
üzvləri və Türk Hüquqşünas Qadınlar Dərnəyinin nümayəndələri iştirak ediblər.
Görüşdə Dövlət Komitəsinin
sədr müavini S.Qəhrəmanova qonaqları salamlayaraq, iki qardaş ölkə arasında
bütün sahələrdə uğurla davam edən strateji tərəfdaşlıq əlaqələrinin hüquq müstəvisində
də dərinləşməsindən mühüm məmnunluq duyduğunu bildirib. O, qadın hüquqlarının
müdafiəsi, qadınların hüquqi maarifləndirilməsi və hüquqşünas qadınların peşəkar
fəaliyyətinin dəstəklənməsi istiqamətində birgə təcrübə mübadiləsinin önəmini
vurğulayıb.
Ölkəmizdə hüquqşünas
qadınların sayının artdığını vurğulayan sədr müavini qadınların hüquq sahəsində
fəallığının cəmiyyətin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.
S.Qəhrəmanova qeyd edib
ki, bu cür görüşlər iki ölkənin qadın hüquqşünasları arasında mövcud əlaqələrin
daha da inkişaf etdirilməsi ilə yanaşı, əməkdaşlığın beynəlxalq platformalarda
genişləndirilməsi və gələcək birgə layihələr üçün yeni imkanların
formalaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Səmimi qəbula görə təşəkkürünü
bildirən nümayəndə heyətinin rəhbəri Zübeydə Aksay Azərbaycanda olmaqdan qürur
duyduqlarını ifadə edib. O, qadın hüquqşünasların beynəlxalq müstəvidə həmrəyliyinin
gücləndirilməsinin vacibliyini qeyd edib. Z.Aksay vurğulayıb ki, Azərbaycan və
Türkiyə qadın hüquqşünasları arasında qurulan bu sıx əməkdaşlıq hər iki ölkədə
qadın hüquqlarının müdafiəsi standartlarının daha da yüksəldilməsinə, birgə
regional hüquqi təşəbbüslərin dəstəklənməsinə xidmət edəcəkdir.
Görüş zamanı Azərbaycan və Türkiyə qadın hüquqşünasları arasında mövcud əlaqələrin daha da genişləndirilməsi, beynəlxalq müstəvidə əlaqələrin inkişaf etdirilməsi məqsədilə yeni imkanların dəyərləndirilməsi mövzusunda geniş fikir mübadiləsi aparılıb.




