Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının sədri LEGIS Mentorluq Proqramının qalibi ilə görüşüb

23 sentyabr 2026    236 share share

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov “PAŞA Holdinq”in təşəbbüsü ilə həyata keçirilən “LEGIS” Hüquq Forumu çərçivəsində gənc hüquqşünasların peşəkar inkişafına dəstək məqsədilə təşkil olunan LEGIS Mentorluq Proqramının qalibi Həmid Mehdiyevlə görüşüb.

Görüş zamanı proqramın idarəçi rəhbərlərindən biri olan Anar Bağırov Həmid Mehdiyevi layihənin qalibləri sırasında yer alması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Həmid Mehdiyevin uğurunu yüksək qiymətləndirən sədr belə təşəbbüslərin gənc hüquqşünasların peşəkar inkişafında və onların potensialının üzə çıxarılmasında mühüm rol oynadığını vurğulayıb. 

Anar Bağırov bildirib ki, mentorluq proqramı çərçivəsində Həmid Mehdiyevin praktiki hüquqi biliklərinin və qərarvermə bacarıqlarının inkişaf etdirilməsi, fərdi inkişaf məqsədlərini müəyyənləşdirilməsi və karyera planlarının daha sistemli şəkildə formalaşdırılması istiqamətində zəruri dəstək göstəriləcək. Həmçinin sədr altı aylıq fərdi inkişaf planı əsasında Həmid Mehdiyevlə sıx əməkdaşlıq ediləcəyini, peşəkar hüquq ictimaiyyəti ilə əlaqələrinin genişləndirilməsinə və öz təcrübəsini bölüşərək potensialını daha dolğun şəkildə reallaşdırmasına dəstək veriləcəyini qeyd edib. 

Öz növbəsində, Həmid Mehdiyev yaradılan imkanlara və səmimi görüşə görə Anar Bağırova təşəkkürünü bildirib. O, proqram haqqında təəssüratları bölüşüb, həyata keçirməyi planlaşdırdığı layihənin əsas məqsədləri və gələcək fəaliyyət istiqamətləri barədə məlumat verib.