30 sentyabr 2026-cı il tarixində Avropa Şurası (AŞ) və Avropa İttifaqının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq birgə proqramının üçüncü mərhələsi (PGG3) çərçivəsində icra olunan "Azərbaycanda mediasiyanın təşviqi" layihəsi üzrə "Vəkilin mediasiyada rolu" mövzusunda əyani qaydada tamgünlük təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edənlər - Avropa
Şurasının Bakıdakı ofisi, Layihə üzrə məsul şəxs Vəfa Rövşənova və Azərbaycan
Respublikası Ədliyyə Akademiyasının Vəkillərin və mediatorların tədrisi fakültəsinin
baş məsləhətçisi Afaq İlqarlı təlimin vəkillərin praktiki fəaliyyətindəki
rolundan danışıb və bu əməkdaşlığın beynəlxalq təcrübənin paylaşılması
baxımından olduqca müsbət və səmərəli olduğunu qeyd ediblər.
Kollegiyanın Tədris Mərkəzinin direktoru Əmir
Əliyev çıxışı zamanı iştirakçıları salamlayıb və təlimin işinə müvəffəqiyyətlər
arzu edib.
Bildirilib ki, vəkilin mediasiya prosesində
iştirakı tərəflərin hüquqlarının təmin edilməsinə, onların mövqelərinin düzgün
ifadə olunmasına və qarşılıqlı razılığa nail olunmasına kömək edir. Vəkilin
mediasiya sahəsində zəruri bilik və praktiki bacarıqlara malik olması mübahisələrin
səmərəli həllinə və mediasiya institutuna etimadın artırılmasına xidmət edir.
Təlimçi qismində Vəkillər Kollegiyası və Mediasiya
Şurasının üzvləri Cabbar Həsənovla Günel Sadıqova mübahisə, mübahisəyə səbəb
olan faktorlar, mübahisənin mərhələləri, mübahisənin ənənəvi və alternativ həll
yolları, milli qanunvericilikdə mediasiya, o cümlədən vəkillərin mediasiyada
rolu, müştəriyə effektiv yardım, danışıq aparma strategiyası, dinləmə,
emosiyaların idarəsi, maraqların uzlaşdırılması barədə çıxış ediblər.
İnteraktiv təlimin sonunda xatirə şəkilləri çəkilib
və iştirakçılara sertifikatlar təqdim edilib.
Təlimdə 28 vəkil iştirak edib.




