Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) və Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) birgə təşkilatçılığı ilə Bakıda keçirilən EYBA-nın payız konfransı (“EYBA Autumn Conference 2026”) çərçivəsində iştirakçılar ADA Universitetində olublar.
Həmçinin Universitetdə EYBA-nın Ümumi Yığıncağı
keçirilib.
Yığıncaqda EYBA prezidenti Mathijs Van Riet
videobağlantı vasitəsilə çıxış edərək Bakıda keçirilən tədbirin yüksək səviyyədə
təşkilinə və qonaqpərvərliyə görə VK-ya təşəkkürünü bildirib.
Çıxışı zamanı EYBA prezidenti cari ilin sentyabrında
Portuqaliya Vəkillər Kollegiyasının 100 illik yubileyi münasibətilə keçirilən tədbirə
toxunaraq, həmkarlarına bir daha minnətdarlığını ifadə edib. Eyni zamanda o, sentyabr
ayında təşkil olunan EYBA vebinarı barədə də məlumat verib.
Mathijs Van Riet oktyabrın 9-da Danimarkanın
paytaxtı Kopenhagen şəhərində keçirilən Beynəlxalq Vəkillər Kollegiyasının tədbirinə
qatıldığı üçün Bakıda təşkil olunan payız konfransda şəxsən iştirakının mümkün
olmadığını qeyd edib.
Yığıncaq çərçivəsində İspaniya Vəkillər
Kollegiyasından EYBA-ya yeni qəbul olunan üzv təbrik edilib. Bununla yanaşı,
2026–2027-ci illər üzrə Assosiasiyanın Audit Komitəsinin yeni üzvləri seçilib və
onlara təbriklər çatdırılıb.
Sonda qonaqlar ADA Universitetinin inzibati binası ilə tanış olublar.











