Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) və Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) birgə təşkilatçılığı ilə Bakıda keçirilən “EYBA Autumn Conference 2026” payız konfransı çərçivəsində müxtəlif ölkələrdən olan vəkillərin Azərbaycan Respublikasının Ali Məhkəməsinə səfəri təşkil edilib.
Qonaqlara Ali Məhkəmənin fəaliyyəti, strukturu, məhkəmə
hakimiyyəti sistemində rolu, eləcə də ölkəmizdə məhkəmə-hüquq sahəsində həyata
keçirilən islahatlar barədə məlumat verilib.
Daha sonra iştirakçılar Ali Məhkəmənin inzibati
binası ilə tanış olub, Plenum zalını və Məhkəmə Tarixi Muzeyini ziyarət ediblər.
Qonaqlara Plenumun fəaliyyəti, muzeydə nümayiş etdirilən tarixi eksponatlar, həmçinin
Azərbaycan məhkəmə sisteminin formalaşması və inkişaf mərhələləri barədə ətraflı
məlumat verilib.
Səfərin sonunda iştirakçılarla xatirə fotosu çəkdirilib.





