Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Lənkəran şəhərində həmkarlar ittifaqları üzvləri üçün növbəti ödənişsiz hüquqi yardım tədbiri keçirilib.
Əvvəlcə iştirakçılara həmkarlar ittifaqları tərəfindən
əmək və sosial-iqtisadi hüquqların müdafiəsi istiqamətində görülən işlər barədə
məlumat verilib, Konfederasiyanın fəaliyyətini əks etdirən film nümayiş
etdirilib.
Sonra Lənkəran rayon Vəkil Bürosunun vəkilləri iştirakçıların
müraciətlərini dinləyərək onları maraqlandıran hüquqi məsələlərə aydınlıq gətirib,
qanunvericiliyin müvafiq tələblərini izah edib və fərdi qaydada peşəkar hüquqi
məsləhətlər veriblər.
Qeyd edək ki, bu təşəbbüs Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası arasında imzalanmış Əməkdaşlıq haqqında Memorandum çərçivəsində həyata keçirilir. Layihə həmkarlar ittifaqları üzvlərinin əmək hüquqlarının və qanuni mənafelərinin müdafiəsini gücləndirməyə, onların hüquqi biliklərini artırmağa və keyfiyyətli hüquqi yardıma çıxışını asanlaşdırmağa xidmət edir.





