Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının sədri yeni təyin olunmuş hakimlər üçün icbari tədris keçib

16 oktyabr 2026    116 share share

2026-cı il oktyabrın 16-da Ədliyyə Akademiyasında yeni təyin olunmuş hakimlər üçün təşkil edilən icbari tədris proqramı çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri, hüquq üzrə fəlsəfə doktoru Anar Bağırov tərəfindən “Ədalət mühakiməsinin təmin edilməsində vəkillik institutunun rolu” mövzusu tədris olunub.

Tədris zamanı Anar Bağırov yeni təyin olunmuş hakimləri təbrik edərək onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb, son illər VK-da həyata keçirilən islahatlar, vəkillik institutunun inkişaf istiqamətləri və qarşıda duran əsas hədəflər barədə ətraflı məlumat verib.

İcbari tədrisin əhəmiyyətinə toxunan Kollegiya sədri hakimlərin peşə fəaliyyətində nəzəri biliklərini davamlı şəkildə artırmasının, praktiki bacarıqlarını inkişaf etdirməsinin və beynəlxalq təcrübəni öyrənməsinin vacibliyini ifadə edib.

Tədris çərçivəsində qeyri-prosessual münasibətlərə yol verilməməsi, etik davranış qaydalarına riayət olunması və hakim-vəkil münasibətlərinin etik aspektləri də ətraflı izah edilib. Bununla yanaşı, vəkillik institutunun hüquq sistemindəki yeri, məhkəmə sistemi ilə qarşılıqlı münasibətlərin əsas prinsipləri və etik normaların praktiki tətbiqi barədə geniş məlumat təqdim edilib.

Tədris zamanı iştirakçılarla interaktiv müzakirələr aparılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi həyata keçirilib.