Vəkillər Kollegiyasının Biznes Hüququ Komitəsi daxilində hüquqi məsələlərin müzakirəsinə həsr olunan silsilə müzakirə forumları davam edir.
Bu ilin sentyabr–noyabr
ayları ərzində aşağıdakı mövzular üzrə forumlar keçirilib:
- 19 sentyabr 2026-cı il
tarixində “Kraudfandinq haqqında” qanun və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə
edilmiş əlaqəli dəyişikliklər müzakirə olunub. Müzakirədə kraudfandinqin maliyyələşmə
mexanizmi kimi məzmunu və hüquqi tənzimlənməsi, əsas növləri, kraudfandinq platformalarının
fəaliyyəti və Mərkəzi Bankın tənzimləmə və nəzarət səlahiyyətləri nəzərdən
keçirilib. Həmçinin Mülki Məcəlləyə edilmiş əlaqəli dəyişikliklər,
investorlarla layihə sahibləri arasında hüquqi münasibətlər, tərəflərin hüquq və
öhdəlikləri və digər hüquqi və praktiki məsələlər əhatə edilib.
- 10 oktyabr 2026-cı il
tarixində keçirilən müzakirədə korporativ hüquq sahəsində mövcud
qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Mülki Məcəlləyə mümkün dəyişikliklərə
dair təkliflər nəzərdən keçirilib və onların hüquqi və praktiki məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
- 14 noyabr 2026-cı il tarixində vəkil Sirac Piriyevin təqdimatında Azərbaycan Respublikasında vergi mübahisələri üzrə müvəqqəti müdafiə institutunun tətbiqində yeni yanaşmalar, bununla bağlı hüquqi və praktiki məsələlər müzakirə olunub.





