Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

RƏYASƏT HEYƏTİNİN ÜZVLƏRİ MOSKVADA ELMİ-PRAKTİK KONFRANSDA İŞTİRAK ETMİŞLƏR

19 dekabr 2018    1885 share share

Dekabrın 18-də Moskva şəhərində Rusiya Federal Vəkillər Palatasının təşkilatçılığı ilə “Vəkillik, dövlət və cəmiyyət” mövzusuna həsr olunmuş XIII elmi-praktik konfrans keçirilmişdir.

Konfransda Rusiya Federasiyasının müxtəlif regionları və vilayətlərindən vəkillər, o cümlədən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri Muxtar Mustafayev və Sima Yaqubova iştirak etmişdir.

Tədbirdə “Vəkil tərəfindən göstərilən peşəkar hüquqi yardım ilə bağlı məhkəmə xərclərinin tutulması və ödənilməsi problemləri”, “Andlı iclasçılar məhkəməsində vəkilin fəaliyyəti” və digər mövzularda mühazirələr dinlənilmiş, müzakirələr aparılmışdır.

Bundan başqa, konfransda Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev “Vəkil tərəfindən göstərilən peşəkar hüquqi yardım ilə bağlı məhkəmə xərclərinin tutulması və ödənilməsi üzrə Azərbaycan təcrübəsi” mövzusunda çıxış etmişdir.

Tədbirin sonunda konfrans iştirakçılarının şərəfinə ziyafət verilmişdir.