23.12.2018-ci il tarixdə keçirilən vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsini uğurla keçmiş və şifahi müsahibə mərhələsində iştirak etmək üçün tələb olunan sənədləri təqdim etməmiş namizədlər gələn ilin yanvar ayı ərzində aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formada ərizə;
2. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
3. Ali hüquq təhsili barədə diplomun notariat qaydada təsdiq edilmiş surəti;
4. Əmək kitabçasının notarial qaydada və ya iş yerində təsdiq edilmiş surəti;
5. Əqli cəhətdən sağlamlıq barədə tibbi arayış;
6. 3x4 sm və 4x6 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil;
7. Vəkilin şəxsi məlumat vərəqəsi;
8. Tərcümeyi-hal.
Qeyd edək ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının şifahi müsahibə mərhələsinin vaxtı ilə bağlı namizədlərə əlavə məlumat veriləcəkdir.
Qeyd: Vəkilliyə qəbul üçün təqdim olunmuş sənədlərlə ilkin doldurulmuş ərizə-anket formasında qeyd olunmuş məlumatlar arasında ziddiyyət aşkar olunarsa və ya namizəd vəkilliyə qəbul üçün lazım olan tələblərə cavab verməzsə, növbəti mərhələyə buraxılmayacaqdır.