Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Azərbaycan Respublikasının Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında imzalanmış memorandum çərçivəsində növbəti layihəyə start verilmişdir.
Vəkillər Kollegiyasının "Kəngərli və partnyorları" Vəkil Bürosunun rəhbəri İsmayıl Kəngərli tərəfindən bu ayın 26-da ASAN könüllülərinə ilkin hüquqi təlimlər silsiləsindən "Vəkillik - hüquqların peşəkar müdafiəsinin real təcrübədə tətbiqi" mövzusunda təlim keçmişdir.
Qeyd olunmalıdır ki, ASAN Könüllülük Məktəbinin Təhsil və fərdi inkişaf proqramı çərçivəsində bu cür hüquqi mövzularda növbəti silsilə təlimlər davam etdiriləcədir.