Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Salyan və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilmişdir

27 dekabr 2018    2406 share share

Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə olunmuşdur.

Göstərilən tövsiyənin icrası ilə bağl, həyata keçirilən tədbirlərin davamı olaraq dekabrın 26-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə Salyan rayonunda yerləşən Mərkəzi Kitabxanada Salyan və ətraf rayonlarda yaşayan aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilmişdir.

Mərkəzi Kitabxanada vətəndaşları qəbul edən Vəkillər Kollegiyasının bir qrup üzvləri 30-dan çox vətəndaşa müxtəlif növ hüquqi yardım göstərmiş, onların problemləri ilə tanış olmuş, müvafiq məsləhətlər vermiş, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazmışlar. 

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən gələcəkdə bu cür tədbirlərin Respublikanın digər regionlarında da təşkil olunub keçirilməsi nəzərdə tutulmuşdur.