17.01.2018 - BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Qulam İsakzai, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ölkə üzrə nümayəndəsi Furio De Angelis və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Azərbaycandakı ofisinin rəhbəri Kamran Bağırov Azrəbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyi ilə görüşmüşlər.
22.01.2018 - Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilmişdir. İclasda tədbir iştirakçılarına Rəyasət Heyətinin cari fəaliyyəti və vəkilliyə qəbul üzrə hazırda görülən işlərin vəziyyəti barədə məlumat verilmişdir. Daha sonra iclasın gündəliyinə əsasən, bir sıra vəkillərin müraciətlərinə baxılaraq fərdi vəkilliyə keçmə, məsləhətxana üzrə iş yerinin dəyişməsi, habelə fəaliyyətində fərqlənmiş vəkillərin mükafatlandırılması barədə müvafiq qərarlar qəbul olunmuşdur.
23.01.2018 - Vəkillər Kollegiyasının rəhbərliyi Konstitusiya Məhkəməsində görüşdə olmuşdur. Belə ki, ötəni ilin dekabrında Konstitusiya Məhkəməsi icraatında olan iş üzrə Vəkillər Kollegiyasından mütəxəssis qismində öz nümayəndəsinin göndərilməsini xahiş etmişdir. Vəkillər Kollegiyasını iclasda mütəxəssis qismində Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev təmsil etmişdir. Sonra Vəkillər Kollegiyasının rəhbərliyi – sədr Anar Bağırovun, sədr müavini Pərviz Ələkbərovun, Rəyasət Heyətinin üzvü Muxtar Mustafayevin və Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev başda olmaqla Məhkəmənin hakimi heyəti arasında görüş keçirilmişdir.
25.01.2018 - Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri və üzvləri, deputatlar Əli Hüseynli, Çingiz Qənizadə və Qüdrət Həsənquliyev Vəkillər Kollegiyasının Rəyasət Heyətinin binasında Rəyasət Heyətinin rəhbərliyi ilə görüş keçirmişlər.
28.01.2018 - Bakı Dövlət və Azərbaycan Memarlıq və İnşaat universitetlərinin binalarında vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilmişdir. 2000-ə yaxın vəkilliyə namizədin iştirakı ilə keçirilən imtahan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vəkillərin sayının artırılaraq zəruri həddə çatdırılması barədə tövsiyəsi rəhbər tutularaq, Dövlət İmtahan Mərkəzi və Vəkillər Kollegiyasının birgə əməkdaşlığı çərçivəsində təşkil olunmuşdur.
03.02.2018 - BMT-nin Cənubi Qafqazdakı Ofisinin İnsan Hüquqları üzrə Baş Müşaviri Vladimir Şkolnikov Vəkillər Kollegiyası Rəyasət Heyətinin inzibati binasında Kollegiyanın rəhbərliyi ilə görüş keçirmişdir.
08.02.2018 - Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Serhan Aktoprak Vəkillər Kollegiyası Rəyasət Heyətinin inzibati binasında Kollegiyanın rəhbərliyi ilə görüş keçirmişdir.
09.02.2018 – Vəkilliyə qəbulla bağlı şifahi mərhələnin keçirilməsi, yeni vəkil qurumunun təsis edilməsi məsələsinin müzakirəsi ilə əlaqədar Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilmişdir.
12.02.2018 - Türkiyə Vəkillər Kollegiyaları Birliyinin İnsan Hüquqları üzrə Komissiyasının üzvü, əslən Azərbaycandan olan vəkil Saide Ekmen Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətini ziyarət etmişdir. Kollegiyanın rəhbərliyi tərəfindən qəbul olunan qonaq səfərinin məqsədinin iki ölkənin vəkillik təşkilatları arasında səmərəli münasibətlərin qurulması, gələcək dövrdə hüququn müxtəlif sahələrinə dair vəkillər üçün tədris tədbirlərinin təşkili, habelə vəkillik işinin təşkilində Türkiyə təcrübəsinin tanıdılmasından ibarət olduğunu bildirmişdir.
15.02.2018 - Bakı şəhəri, Hilton mehmanxanasında Avropa Şurasının və ABŞ-nin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə vəkillərin, hakimlərin, prokurorluq işçilərinin, habelə bir sıra qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə “Azərbaycanda ədliyyə islahatlarına dair təşəbbüslərə dəstək” adlı təqdimat konfransı keçirilir. Vəkillər Kollegiyasının sədri Anar Bağırovun da iştirak etdiyi konfransda Avropa Şurasının İnsan hüquqları siyasəti və inkişaf departamentinin rəhbəri Mixal Lobov, Azərbaycan Respublikası Ədliyyə Akademiyasının Rektor vəzifəsini icra edən Elçin Xələfov, Avropa Şurasının Layihə meneceri Mahir Müştehidzadə, Avropa İnsan Hüquqları Məhkəməsinin Katibliyinin baş hüquqşünası Xəqani Quliyev, Plexanov adına Rusiya İqtisad Universitetinin Hüquqi Tədqiqatlar və Regional İnteqrasiya İnstitutunun Direktoru professor Rəşad Qurbanov, habelə Avropa Şurasının HELP Məşvərət Şurasının üzvü, britaniyalı vəkil Saymon Otul məruzəçi qismində iştirak etmişlər.
16.02.2018 - Azərbaycan Respulikası Vəkillər Kollegiyasının rəhbərliyi Sumqayıt Şəhər Hüquq Məsləhətxanasında olmuşdur. Səfər çərçivəsində məsləhətxananın vəkilləri ilə görüşülmüş, onların vəkillik fəaliyyətlərinin həyata keçirilməsi zamanı qarşılaşdıqları problemlər, habelə vəkillərin işlərinin daha da təkmilləşdirilməsi ilə bağlı müxtəlif səpkili təklifləri dinlənilmiş, digər maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.
21.02.2018 - Paytaxtda yerləşən “Holiday İnn Baku” mehmanxanasında AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun təşəbbüsü ilə “Tibb hüququ – Azərbaycan hüquq elminin yeni sahəsi kimi” mövzusunda konfrans keçirilmişdir. Tədbirdə həmçinin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Azərbaycan Respublikası Konstitusiya və Ali məhkəmələrinin hakimləri, alimlər, bir sıra ali təhsil müəssisələrinin rəhbərlikləri, aidiyyəti nazirlik və komitələrin təmsilçiləri, o cümlədən KİV nümayəndələri iştirak etmişlər.
23.02.2018 – Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının qəbulu və Sərəncamdan irəli gələn məsələlərin həlli ilə əlaqədar Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilmişdir.
26.02.2018 - Vəkillər Kollegiyasının Rəyasət Heyətində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Xocalı soyqırımı qurbanlarının hüquqlarının müdafiəsi məsələsinə də toxunulmuş, vəkillər tərəfindən bu şəxslərə əvəzsiz hüquqi yardım göstərilməsi təklif olunmuşdur.
27.02.2018 - Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin 1-ci müşaviri Denis Daniilidis Vəkillər Kollegiyasının Rəyasət Heyətini ziyarət etmişdir. Görüşdə Vəkillər Kollegiyasının sədrinin müavinləri Aydın Axundov, Pərviz Ələkbərov da iştirak etmişlər.
28.02.2018 – Rəyasət Heyətinin növbəti iclası keçirilmiş və iclasın gündəliyinə uyğun olaraq hüquq məsləhətxanalarında vəkillərin növbətçilik siyahılarının tərtibi məsələsi müzakirə olunmuşdur. Mövcud vəziyyətin araşdırılması və bu sahədə olan anlaşılmazlığın aradan qaldırılması məqsədilə Rəyasət Heyətinin bir sıra üzvlərindən ibarət tərkibdə işçi qrup formalaşdırılmış, problemin həlli istiqamətində təkliflərlə çıxış etmələri onlara həvalə olunmuşdur. Həmçinin iclasda vəkil qurumları tərəfindən verilən illik statistik hesabatın yeni nümunəsi təsdiq olunmuşdur.
07.03.2018 - Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyənin Vəkillər kollegiyalarının rəhbər şəxslərinin görüşü keçirilib. Görüşdə Cənubi Qafqazda həyata keçirilən irimiqyaslı layihələrdə iştirak edən ölkələr arasında hüquqi yardımın təşkili, vəkillik institutlarının inkişafı, Vəkillər kollegiyaları arasında əməkdaşlıq, qarşılıqlı hüquqi yardımın göstərilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, bu sahədə qanunvericiliyin öyrənilməsi, təcrübə mübadiləsi və s. məsələlər müzakirə olunub. Həmçinin gələcəkdə hər üç ölkənin Vəkillər kollegiyaları arasında əməkdaşlığın daha da gücləndirilməsi barədə razılıq əldə edilib. Görüşün sonunda tərəflər arasında birgə əməkdaşlığa dair müqavilə imzalanıb. Sənəddə hüquqşünaslar arasında əməkdaşlıq, birgə layihələrin hazırlanması və həyata keçirilməsi, təcrübə mübadiləsinin aparılması və s. məsələlər nəzərdə tutulur.
07.03.2018 - Vəkillər Kollegiyası Rəyasət Heyətinin, Vəkillərin İntizam və İxtisas Komissiyalarının, o cümlədən Rəyasət Heyəti Aparatının qadın üzvlərinin iştirakı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir. Vəkillər Kollegiyasının rəhbərliyi tədbirdə iştirak edən xanımları təbrik etmiş, onlara hədiyyələr təqdim edilmişdir.
17.03.2018 - Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclas əsas etibarilə Vəkillər Kollegiyasının yeni rəhbərliyinin fəaliyyətinin 100 gününün yekunlarına həsr olunmuşdur. İclas ərzində qərara alınmış məsələlərdən biri də vəkilliyə sənəd qəbulunun bərpası ilə bağlı idi. Rəyasət Heyətinin qərarına əsasən, 2018-ci il aprel ayının 16-dan etibarən vəkilliyə sənəd qəbulu qeyd olunan tarixdən etibarən daimi əsaslarla açıq elan olunacaqdır.
23.03.2018 - Türkiyənin Ankara şəhərində Türkiyə Vəkillər Kollegiyaları Birliyinin təşkilatçılığı ilə Türkdilli və Qohum Ölkələrin Vəkillik Qurumlarının Birliyinə (TÜRK-AV) üzv ölkələrin ümumi yığıncağı keçirilmişdir. Türkiyə, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Qırğızıstan, və Albaniyanın vəkilllər kollegiyaları tərəfindən 2016-cı ildə təsis olunmuş bu təşkilatın əsas məqsədi region ölkələrinin vəkillik qurumları və vəkillləri arasında peşəkar əməkdaşlıq platformasının təşkil edilməsi ilə qarşılıqlı tərcübə mübadiləsinin təmin edilməsindən ibarətdir. Tədbirdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası sədr Anar Bağırovun rəhbərliyi ilə Rəyasət Heyətinin üzvləri Pərviz Ələkbərov, Muxtar Mustafayev və Aparatın rəhbəri Fərhad Nəcəfovdan ibarət tərkibdə təmsil olunmuşdur.
28.03.2018 - Vəkillər Kollegiyası Rəyasət Heyətinin rəhbərliyinin iştirakı ilə Bakı şəhəri və regionlarda fəaliyyət göstərən vəkil qurumlarının rəhbərləri ilə iclas keçirilmişdir. İclasda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən hüquq məsləhətxanalarının nizamnamələrinə müvafiq dəyişikliklərin edilərək adlarının dəyişdirilməsi və “vəkil bürosu” olaraq fəaliyyətlərinə davam etmələri təklif olunmuş, bununla bağlı fikir mübadiləsi aparılmışdır.
04.04.2018 - Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclasın gündəliyinə əsasən, bir sıra vəkillərin müraciətlərinə baxılaraq fərdi vəkilliyə keçmə, məsləhətxana üzrə iş yerinin dəyişməsi, habelə fəaliyyətində fərqlənmiş vəkillərin mükafatlandırılması barədə müvafiq qərarlar qəbul olunmuşdur.
07.04.2018 - Vəkillər Kollegiyasının sədrinin başçılığı ilə nümayəndə heyəti aprel ayının 7-də cənub zonasına səfər etmişdir. Lənkəran Şəhər Məhkəməsinin inzibati binasında region vəkillərinin iştirakı ilə geniştərkibli müşavirə keçirilmişdir. Səfər çərçivəsində Vəkillər Kollegiyasının sədri Anar Bağırov, müavini Pərviz Ələkbərov və Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev Masallı, Lənkəran və Cəlilabadda fəaliyyət göstərən vəkil qurumlarına səfər etməklə onların işi ilə tanış olmuşlar.
15-19.04.2018 - Rusiyanın Sankt-Peterburq şəhərində VIII Beynəlxalq Hüquq Forumu keçirilmişdir. Forumda Azərbaycan Respublikası Vəkillər Kollegiyası adından Kollegiyanın sədri Anar Bağırov iştirak etmişdir. Azərbaycanın Respublikasının Vəkillər Kollegiyası hər il ənənəvi olaraq keçirilən foruma Rusiya Vəkillər Kollegiyalarının Federal Palatası tərəfindən dəvət olunmuşdur.
23.04.2018 - Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclasın gündəliyinə uyğun olaraq, şifahi müsahibə mərhələsini uğurla keçmiş sabiq vəkil və hakimlərin, habelə iki nəfər hüquq elmləri doktorunun, cəmi 17 nəfərin vəkilliyə qəbulu üzrə andiçməsi keçirilmişdir. İclasda qərara alınmışdır ki, vəkillərin peşə bayramı gününün müəyyən edilməsi ilə əlaqədar komissiya yaradılsın və ən qısa müddət ərzində komissiya araşdırmanın nəticəsinə dair müvafiq arayışı Rəyasət Heyətinə təqdim etsin. İclasın davamında vəkil qurumları və fərdi vəkillər tərəfindən istifadə olunan hüquqi yardım haqqında müqavilənin yeni forması təsdiq olunmuş və 01.06.2018-ci il tarixdən həmin formanın tətbiqinin başlanılması qərarlaşdırılmışdır.
26.04.2018 - Naxçıvan şəhərində “Vəkillik etikası: müasir çağırışlar” mövzusunda regional seminar təşkil olunmuşdur. Tədbir BMT-nin Miqrasiya Təşkilatının maliyyə dəstəyi və Azərbaycan Respublikası Vəkilləri Kollegiyası və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının təşkilati dəstəyi ilə keçirilmişdir. Seminar çərçivəsində Azzərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun “Vəkillik etikasının aktual problemləri - vəkilin nüfuzu, onun şəxsi və işgüzar keyfiyyətləri”, Muxtar Respublikanın Vəkillər Kollegiyasının sədri Tural Hüseynovun “Sosial şəbəkələr – vəkil etikasının hədləri”, Vəkillər Kollegiyasının sədr müavini Aydın Axundovun “Vəkillərin müvəkkillər ilə münasibətlərinin bəzi aspektləri”, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Muxtar Mustafayevin “Vəkillərin öz həmkarları ilə münasibətləri və vəkil sirri” və Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədovun “Vəkillərin məhkəmə və digər orqanlar ilə münasibətləri” mövzusunda mühazirələri dinlənilmişdir. Baş tutmuş səfər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyinin Naxçıvan Muxtar Respublikasına ilk rəsmi səfəri kimi yadda qalmış və eyni zamanda Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasının inzibati binası ziyarət olunmuş, Kollegiyanın iş şəraiti ilə tanış olunmuşdur.
02.05.2018 - Hyatt Regency mehmanxanasında ilk dəfə olaraq Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, yerli və beynəlxalq təşkilatların və KİV nümayəndələrinin iştirakı ilə keçirilən iclasda ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş 90 nəfər vəkilliyə namizədin təntənəli andiçmə mərasimi keçirilmişdir. Peşəyə buraxılan 90 nəfər vəkilliyə namizəd qanunvericilklə nəzərdə tutulmuş qaydada vəkil andı içmiş, onlara yeni nəsil Vəkillər Kollegiyası üzvünün vəsiqəsi təqdim edilmişdir. İclasda həmçinin Vəkillər Kollegiyasının sədri Anar Bağırova və Bakı şəhəri 5 saylı hüquq məsləhətxanasının müdiri, vəkil Eleanora Rəcəbovaya Rusiya Vəkillər Gildiyasının rəsmisi tərəfindən Gildiyanın təltifi olan “Rusiyanın fəxri vəkili” döş nişanları təqdim olunmuşdur.
16.05.2018 - Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclasda tədbir iştirakçılarına Rəyasət Heyətinin cari fəaliyyəti və vəkilliyə qəbul üzrə hazırda görülən işlərin vəziyyəti barədə məlumat verilmişdir. Daha sonra iclasın gündəliyinə əsasən, bir sıra vəkillərin müraciətlərinə baxılaraq fərdi vəkilliyə keçmə, məsləhətxana üzrə iş yerinin dəyişməsi, habelə fəaliyyətində fərqlənmiş vəkillərin mükafatlandırılması barədə müvafiq qərarlar qəbul olunmuşdur.
23.05.2018 - Pullman Baku mehmanxanasında Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, yerli və beynəlxalq təşkilatların, həmçinin KİV nümayəndələrinin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
26.05.2018 - Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclasda tədbir iştirakçılarına Rəyasət Heyətinin cari fəaliyyəti və vəkilliyə qəbul üzrə hazırda görülən işlərin vəziyyəti barədə məlumat verilmişdir. Daha sonra iclasın gündəliyinə əsasən, bir sıra vəkillərin müraciətlərinə baxılaraq yeni vəkil qurumlarının təsis edilməsi, fərdi vəkilliyə keçmə, məsləhətxana üzrə iş yerinin dəyişməsi, habelə fəaliyyətində fərqlənmiş vəkillərin mükafatlandırılması barədə müvafiq qərarlar qəbul olunmuşdur.
06.06.2018 - Holiday Inn mehmanxanasında Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, yerli və beynəlxalq təşkilatların, həmçinin KİV nümayəndələrinin iştirakı ilə “Vəkilliyin elektron məhkəmə informasiya sisteminə inteqrasiyası” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə həmçinin, ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş 89 nəfər vəkilliyə namizədin təntənəli andiçmə mərasimi keçirilmişdir.
11.06.2018 - Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının İnsan Haqları İnstitutunun doktorantı Fərdin Xəlilovun “Cinayət mühakimə icraatında vəkil araşdırması” monoqrafiyası müzakirə olunuş və monoqrafiyanın praktiki əhəmiyyəti nəzərə alınaraq Rəyasət Heyətinin qərarına əsasən, vəsait vəkillərin istifadəsi üçün tövsiyə olunmuşdur.
21-22.06.2018 - Fransanın Strasburq şəhərində Avropa Şurası tərəfindən həyata keçirilən Hüquqşünasların İnsan Hüquqları üzrə Maarifləndirilməsi Proqramının (HELP-in) 2017-ci ilin yekunlarına dair hesabat konfransı keçirilmişdir. “Keyfiyyətli qərarlar üçün keyfiyyətli tədris” başlığı altında keçirilən konfransda Avropa Şurasına üzv ölkələrin ədliyyə akademiyaları və vəkillər kollegiyalarının nümayəndələri və HELP proqramının ölkələr üzrə təmsilçiləri iştirak etmişdir. Tədbirdə ölkəmiz Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov və HELP platformasının hakimlər üzrə əlaqələndiricisi Zülfiqar Babayev tərəfindən təmsil olunmuşdur.
29-30.06.2018 - Türkdilli və Əqraba Ölkələrin Vəkillər Kollegiyalarının (TÜRK-AV), Türkiyə Vəkillər Kollegiyaları Birliyinin və Kastamonu Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Türkiyənin Kastamonu şəhərində “Ölkələrarası əlaqələrin inkişafında vəkillər və vəkillər kollegiyalarının rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Özbəkistan, Monqolustan, Türkmənistan, Qırğızıstan, Şimali Kipr və Qazaxıstan vəkillər kollegiyalarının iştirak etdiyi tədirdə ölkəmiz Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov və sədrin müavini Pərviz Ələkbərov tərəfindən təmsil edilmişdir.
09.07.2018 - Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclasda vəkil qurumlarının tərkibində, lakin vəkil qurumunun yerləşdiyi ünvandan fərqli ünvanda fəaliyyət göstərən vəkillərin fəaliyyətinin tənzimlənməsi məsələsi müzakirə olunmuş, gələcəkdə həmin vəkillərin müvafiq vəkil qurumunun nəzdində yaradılacaq “vəkil kabinetində” fəaliyyət göstərmələrinin məqsədəuyğunluğu qeyd olunmuş, bununla bağlı qaydaların hazırlanması və təsdiq edilməsi qərara alınmışdır.
10.07.2018 - Vəkillər Kollegiyası Rəyasət Heyətinin rəhbərliyinin iştirakı ilə Bakı şəhərində fəaliyyət göstərən vəkil qurumlarının rəhbərləri ilə iclas keçirilmişdir. Qeyd olunmuşdur ki, Rəyasət Heyətinin son iclasında vəkil qurumlarının tərkibində, lakin vəkil qurumunun yerləşdiyi ünvandan fərqli ünvanda fəaliyyət göstərən vəkillərin fəaliyyətinin tənzimlənməsi məsələsi müzakirə olunmuş, gələcəkdə həmin vəkillərin müvafiq vəkil qurumunun nəzdində yaradılacaq “vəkil kabineti”ndə fəaliyyət göstərmələrinin məqsədəuyğunluğu qeyd olunmuş, bununla bağlı qaydaların hazırlanması barədə məlumat verilmişdir. İclasda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən hüquq məsləhətxanalarının nizamnamələrinə müvafiq dəyişikliklərin edilərək adlarının “vəkil bürosu” olaraq dəyişdirilməsi məsələsinə də toxunulmuş, artıq əksər məsləhətxanaların qeyd olunan dəyişikliyi həyata keçirdiyi, digərlərinin isə yaxın zamanda nizamnamələrinə müvafiq dəyişiklik edəcəyi bildirilmişdir.
11.07.2018 - Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Cənubi Qafqaz üzrə Hüquq Layihəsinin rəhbəri Thomas Meyer Vəkillər Kollegiyasının Rəyasət Heyətini ziyarət etmişdir. Görüşdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) arasında qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunmuş, gələcəkdə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa edilə biləcək əlavə və dəyişikliklərlə bağlı Cəmiyyətin texniki dəstək göstərməsi barədə razılıq əldə olunmuşdur. Bundan başqa, “Azərbaycan Vəkili” jurnalı və jurnalın maliyyələşdirilməsi, o cümlədən gələn il Azərbaycan vəkilliyinin 100 illiyi ilə bağlı keçiriləcək tədbirlər və bu tədbirlərin təşkili barədə müzakirə aparılmış, jurnalın Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) maliyyə dəstəyi ilə nəşr edilməsi, habelə Azərbaycan vəkilliyinin 100 illiyi ilə bağlı tədbirlərin təşkili prosesində qarşılıqlı olaraq əməkdaşlıq edilməsi razılaşdırılmışdır.
15.07.2018 - Türkiyənin İstanbul şəhərində Beynəlxalq Hüquqşünaslar Birliyi, Türkiyə Hüquq Platforması, Konstitusiya Hüquqçuları Dərnəyi, Türkiyə Ədliyyə Akademiyası və İstanbul Universitetinin birgə təşkil etdiyi “Dövlətə qarşı 3-cü qiyam ilə mübarizə və 15 iyul” adlı beynəlxalq simpozium keçirilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin, Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədovun, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədrinin müavini Nadir Adilovun, Vəkillər Kollegiyasının üzvü Aygün Əliyevanın, Azərbaycandan olan bir sıra təşkilat və KİV nümayəndələrinin də dəvət olunduğu tədbirdə Türkiyə Respublikasının yüksək səviyyəli dövlət rəsmilərinin - Baş nazirin müavini Bekir Bozdağın, ədliyyə naziri Abdulhamit Gülün, habelə İstanbul Universitetinin rektoru professor Mahmut Akın və Türkiyə elm cameəsinin digər təmsilçilərinin məzmunlu çıxışları dinlənilmiş, tədbirin mövzusu ilə əlaqədar maraq kəsb edən suallara aydınlıq gətirilmişdir.
19.07.2018 - Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, millət vəkilləri, xarici ölkələrin səfirləri, yerli və beynəlxalq təşkilatların, həmçinin KİV nümayəndələrinin iştirakı ilə Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib. Tədbirdə vəkillərin peşə bayramı gününün hər il 30 iyul tarixində qeyd edilməsi ilə bağlı təklif Rəyasət Heyəti üzvlərinin müzakirəsinə təqdim olunmuş və qərar yekdilliklə qəbul olunmuşdur. Daha sonra peşəyə buraxılan 266 nəfər vəkilliyə namizəd qanunvericiliklə nəzərdə tutulmuş qaydada and içib, onlara yeni nəsil Vəkillər Kollegiyası üzvünün vəsiqəsi təqdim edilib. Beləliklə, ölkə üzrə vəkillərin ümumi sayı 1500-ü ötmüşdür.
25.07.2018 - Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclasda Vəkillər Kollegiyasının sədri Anar Bağırov tərəfindən son dövrlər Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən görülən işlərin vəziyyəti barədə məlumat verilmiş, daha sonra “Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi” qaydlarına dair layihənin təqdimatı keçirilmişdir. İclasda vəkillər barəsində başlanılmış 10 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, peşə borcunun həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozuntusu əsası ilə 2 vəkilə töhmət verilmiş, 1 vəkilin fəaliyyəti dayandırılmış, 1 vəkilin də Vəkillər Kollegiyası üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərər qəbul olunmuş, digər işlər üzrə isə pozuntu aşkar edilmədiyi üçün intizam icraatına xitam verilmişdir. Bundan başqa, iclasda Vəkillər Kollegiyası üzvlərinin peşə fəaliyyəti zamanı yol verdikləri nöqsanlar, onlardan şikayətlər və digər məsələlərlə bağlı Vəkillər Kollegiyası Rəyasət Heyətinin “qaynar xəttinin” yaradılması barədə qərara verilmişdir. O cümlədən, 30 iyul – “Vəkillərin peşə bayramı günü”ndə Vəkillər Kollegiyası Rəyasət Heyəti üzvlərinin Bakı şəhərində yerləşən ahıllar evlərindən birini ziyarət etməsi və oranın sakinlərinə ödənişsiz hüquqi yardım göstərilməsi barədə qərar qəbul edilmiş, bütün vəkil qurumlarına isə həmin tarixdə gün ərzində qurumlara müraciət edənlərə pulsuz hüquqi yardım göstərilməsi tövsiyə olunmuşdur.
30.07.2018 - Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən Bilgəh qəsəbəsində yerləşən Pensiya Yaşına Çatmış Şəxslər üçün Sosial Xidmət Müəssisəsi ziyarət edilmiş, müəssisədə yaşayan ahıl şəxslərə Rəyasət Heyətinin üzvləri tərəfindən 2 saatlıq müddət ərzində ödənişsiz hüquqi yardım göstərilmiş, onların müraciətləri qeydiyyata alınmış və müəssisə sakinlərinə hədiyyə sovqatları paylanılmışdır. Bundan başqa, 30.07.2018-ci il tarixdə Bakı şəhəri üzrə əhaliyə ödənişsiz hüquqi yardımın göstərilməsi ilə əlaqədar məhkəmələrə müraciət edilməsi ilə bağlı 26 iddia ərizəsi hazırlanmış, 8 nəfər adınan sorğu və 213 nəfərə isə şifahi məsləhət verilmişdir. Respublikanın digər rayon və şəhərləri üzrə isə 32 nəfərə iddia ərizəsi hazırlanmış, 3 nəfər adınan sorğu və 167 nəfərə şifahi məsləhət verilmişdir. Respublika üzrə cəmi 58 nəfərə iddia ərizəsi hazırlanmış, 11 nəfər adınan sorğu və 380 nəfərə şifahi məsləhət verilmişdir.
06.08.2018 - “Sosial hüquqların araşdırılması” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Mingəçevir şəhərində 6 avqust 2018-ci il tarixdə əhaliyə ödənişsiz hüquqi yardım xidmətləri göstərilmişdir.
06.09.2018 - Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclasda Vəkillər Kollegiyasının sədri Anar Bağırov tərəfindən son dövrlər Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən görülən işlərin vəziyyəti barədə məlumat verilmiş, habelə vəkil qurumları tərəfindən təqdim olunmuş növbətçilik cədvəlləri təsdiq edilmişdir.
09.08.2018 – Qeyd olunan tarixdən Vəkillər Kollegiyasının Rəyasət Heyətində “Qaynar Xətt” fəaliyyətə başlamışdır.
10.09.2018 - Vəkillər Kollegiyası Rəyasət Heyətinin binasında Vəkillərin İntizam Komissiyasının üzvləri üçün “Almaniyada vəkillərə münasibətdə intizam icraatının bəzi xüsusiyyətləri və bu sahədə Avropa standartları” mövzusunda seminar keçirilmişdir. İnteraktiv şəkildə keçirilən seminarda məruzəçi qismində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) peşəkar eksperti, Almaniyanın Hessen vilayətinin Vəkillər Palatasının üzvü, professor Rudolf Lauda iştirak etmişdir.
11.09.2018 - Respublikanın qərb regionunda fəaliyyət göstərən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri üçün “Vəkillik etikası: müasir çağırışlar” başlığı altında elmi-praktik seminar keçirilimişdir. İki gün davam edən, 60 nəfər vəkilin, habelə məhkəmə hakimiyyəti nümayəndələrinin də qatıldığı tədbir Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” Regional Proqramının birgə təşkilatçılığı ilə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin yeni inzibati binasında təşkil olunmuşdur. Qeyd olunmalıdır ki, tədbirdə Gəncə, Qazax, Tovuz, Tərtər, Goranboy, Bərdə, Samux, Şəmkir, Mingəçevir, Ağstafa və Göygöl rayonlarında fəaliyyət göstərən vəkillər iştirak ediblər.
12.09.2018 – Qərb regionuna səfər çərçivəsində Vəkillər Kollegiyasının rəhbərliyinin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla da ikitərəfli görüşü baş tutumuşdur. Görüşdə Kollegiyanın sədri Anar Bağırov tərəfindən respublikamızda vəkillik institutunun müasirləşdirilməsi üzrə görülən tədbirlər, Gəncə şəhərində vəkilliyin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, habelə yerli vəkillərinin Gəncə şəhərinin sakinlərinə yüksək keyfiyyətli hüquqi yardım göstərməyə hazır olmaları barədə məlumat verilmişdir. Eyni zamanda, görüş çərçivəsində yeni başçının öz peşə həyatına 1980-ci ildə məhz vəkil kimi başlamasını, 1986-ci ildə dövlət qulluğuna keçdiyi dövrədək qüsursuz fəaliyyətini nəzərə alaraq, Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarına əsasən, Niyazi Bayramovun “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fəxri vəkili” adı ilə təltif olunması üzrə diplom və rəmzi vəkil mantiyası icra hakimiyyətinin başçısına təntənəli surətdə təqdim olunmuş, Niyazi Bayramova yeni məsul vəzifəsində uğurlar arzu edilmişdir.
15.09.2018 - Bu il sentyabr ayının 15-i Bakının işğaldan azad olunmasının 100-cü ildönümü təntənəli surətdə qeyd edilmişdir. Məhz həmin gün - 1918-ci il sentyabrın 15-də türk generalı Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-daşnak və bolşevik işğalından azad etmişdir. Bu əlamətdar hadisənin Azərbaycan və Türkiyənin vəkillik cameələri tərəfindən yaddaqalan şəkildə qeyd olunması, iki ölkə vəkilliyinin həmrəyliyinin nümayiş etdirilməsi məqsədilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası rəhbərliyinin bu ilin mart ayında Türkiyəyə rəsmi səfəri zamanı hər iki ölkənin vəkillik təşkilatlarının rəhbərliklərinin razılığına əsasən, 15 sentyabr günü Türkiyə və Azərbaycan vəkil təşkilatlarının rəhbərləri bir-birinin vəkil mantiyalarını geyinmiş, xatirə fotosu çəkdirmişlər.
19.09.2018 – “Elektron vəkil kabineti” istifadəyə verilmişdir.
27.09.2018 - Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclasda Vəkillər Kollegiyasının sədri Anar Bağırov tərəfindən son dövrlər Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən görülən işlərin vəziyyəti barədə məlumat verilmiş, habelə vəkil qurumları tərəfindən təqdim olunmuş növbətçilik cədvəlləri təsdiq edilmişdir. Həmçinin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun tələbi nəzərə alınmaqla, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən ilk dəfə olaraq, regionlarda və Bakıda fərdi qaydada fəaliyyət göstərən vəkillərin dövlət hesabına hüquqi yardımla bağlı növbətçiliyə cəlb olunması barədə qərar qəbul olunmuşdur. Bununla bağlı, növbəti ay üçün fərdi qaydada fəaliyyət göstərən vəkillərin növbətçilik cədvəli Vəkillər Kollegiyasının rəsmi veb-səhifəsinin “Elanlar” bölməsində dərc olunacaqdır. Qeyd olunmalıdır ki, vəkil qurumu olmayan və fərdi vəkil sayı az olan regionlarda növbətçilik cədvəli üzrə növbədə olan vəkil üzrlü səbəbdən növbətçilik vəzifələrini yerinə yetirə bilmədikdə onun yerinə digər vəkilin növbətçilik qaydasında məhkəmə və hüquq-mühafizə orqanlarının çağırışlarına getməsinin zəruriliyi bildirilmişdir. İclasda həmçinin “Vəkil orderi və order markası haqqında” Əsasnamənin layihəsi müzakirəyə təqdim olunmuş və müvafiq əlavə və dəyişikliklər edilməklə adı çəkilən sənədin 2019-cu ilin fevralın 1-dən etibarən qüvvəyə minməsi barədə qərar qəbul olunmuşdur.
03.10.2018 - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasında əldə olunmuş razılığa əsasən, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində, habelə səyyar formada hüquqi yardım göstərilməsi ilə bağlı qurumlar arasında anlaşma memorandumunun imzalanma mərasimi keçirilmişdir.
08.10.2018 - Belarus Respublikasının Vəkillər Kollegiyasının sədri Viktor Çayçitsin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətini ziyarət etmişdir. Faydalı fikir müdabiləsi şəraitində keçən görüşün sonunda Azərbaycan Respublikasının və Belarus Respublikasının vəkillər kollegiyaları arasında əməkdaşlıq haqqında memorandum imzalanmış, xüsusilə Belarusda yaşayan azərbaycanlıların və Azərbaycanda yaşayan belarusların hüquqlarının səmərəli müdafiəsi ilə bağlı birgə təşəbbüslərə dair müddəalar memorandumda təsbit olunmuşdur.
12.10.2018 - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə Xızı rayonunda aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilmişdir.
20.10.2018 - Mərkəzi Klinika, Xüsusi Müalicə Sağlamlıq Kompleksi və Gəncə Müalicə Diaqnostika Mərkəzi ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasında əməkdaşlıq haqqında sazişlər imzalanmışdır. Əldə olunmuş razılığa əsasən, həmin çox profilli tibb müəssisələrində Vəkillər Kollegiyasının üzvləri və onların ailə üzvlərinə 10 faiz güzəştlə yüksək keyfiyyətli və peşəkar tibbi xidmət göstəriləcəkdir. Tibbi xidmət üçün müraciət edən və qeyd olunan güzəştdən faydalanmaq istəyən Vəkillər Kollegiyası üzvlərinin yalnız vəkil vəsiqələrini təqdim etmələri tələb olunmaqdadır.
22.10.2018 - Gəncə şəhər 1 saylı Vəkil Bürosu tərəfindən aztəminatlı şəxslərə hüquqi yardım göstərilmişdir. Göstərilən yardım çərçivəsində əhaliyə şifahi hüquqi məsələhətlərlə yanaşı, müxtəlif orqanlara yazılı müraciətlərin hazırlanması və digər pulsuz hüquqi xidmətlər göstərilmişdir.
29.10.2018 - Vəkillər Kollegiyasinin “Advokat” futbol komandası Ukraynada keçirilən futzal üzrə turnirin qalibi olub. Turnirin favoritləri arasında vəkillər arasında futzal üzrə dünya çempinou KRBA (Kiev Regional Vəkillər Kollegiyası) da yer almışdır. 3 gün davam edən gərgin oyunlar nəticəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Advokat” futbol komandası bütün rəqiblərini yenərək turnirin qalibi olmuşdur.
29.10.2018 - Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclasda həmçinin qeyd olunan Sərəncamının icrası çərçivəsində Naxçıvan MR-da insanların hüquqi yardıma çatımlılığının təmin edilməsi, ucqar yaşayış məntəqələrində yaşayan əhaliyə keyfiyyətli hüquqi yardımın çatdırılması məqsədilə Naxçıvan MR-nın Vəkillər Kollegiyasına nəqliyyat vasitəsinin alınıb verilməsi barədə qərar qəbul olunmuşdur. Bundan başqa bildirilmişdir ki, Azərbaycan Respublikasının bölgələrində hüquqi yardıma ehtiyacı olan atzəminatlı əhalinin bu yardıma çatımlılığını təmin etmək üçün Rəyasət Heyəti tərəfindən mikroavtobus satın alınmışdır. Həmin mikroavtobus vasitəsilə Bakı şəhərində fəaliyyət göstərən vəkillərin regionlara səyyar hüquqi yardım səfərləri təşkil ediləcəkdir. Bundan başqa, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna əsasən dövlət qulluğuna keçmək ilə əlaqədar, fəaliyyəti dayandırılmış vəkillərin dövlət qulluğunda olduqları dövrdə üzvlük haqlarının ödənilməsi barədə qərar qəbul olunmuşdur. Daha sonra ölkəmizdə səmərəli vəkillik fəaliyyətinin təşkili, o cümlədən vəkillik haqqında qanunvericiliklə tənzimlənməyən məsələlərin həlli məqsədilə Vəkillər Kollegiyasının üzvlərinin rəyləri nəzərə alınmaqla ilk dəfə olaraq “Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi”, “Elektron vəkil kabinetindən istifadəyə dair”, “Vəkil kabinetinin yaradılmasına dair”, “Vəkil qurumlarının yaradılması və fəaliyyətinə dair” qaydalar qəbul olunmuş, “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi” qaydalarına dəyişikliklər edilmiş və yaxın günlərdə adıçəkilən qaydaların Kollegiyanın rəsmi internet səhifəsində yerləşdirilməsinin zərurəti bildirilmişdir. Vəkilliyə sənəd qəbulunun sadələşdirilməsi üzrə qeyd olunmalıdır ki, artıq əvvəlki illərdən fərqli olaraq vəkilliyə namizədlər onların iş stajlarını, ali təhsilləri haqqında diplomlarının surətləri və digər sənədləri toplamayacaqlar. Onlar imtahanda iştirakla bağlı özlərinin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin tələblərinə cavab vermələrini öz imzaları ilə təsdiq etməklə ərizə-anket formasını təqdim edəcəklər. Bundan sonra yazılı test imtahanı mərhələsini keçən namizədlərdən aidiyyəti sənədlərin təqdim edilməsi Sənəd Qəbulu Komissiyası tərəfindən tələb olunacaqdır. Bundan başqa, yeni vəkil qurumlarının təsis edilməsi ilə bağlı qərarlar qəbul olunmuşdur. Belə ki, Bakı şəhərində fəaliyyət göstərəcək “Xəzər Consulting”, “Faiq Nağıyev və partnyorları”, “Alyans” vəkil büroları, Bakı şəhəri 23, 25 və 26 saylı vəkil büroları, o cümlədən Astara rayon vəkil bürosunun təsis olunması barədə məsələlərə baxılmış və bu müraciətlərlə əlaqədar Rəyasət Heyəti tərəfindən müsbət qərarlar qəbul olunmuşdur. Eyni zamanda, başqa vəkil qurumuna keçmək, fərdi qaydada fəaliyyət göstərilməsi və vəkilliyə qəbul üzrə müraciətlərə baxılmış, bir sıra vəkillərin, habelə “Advokat” futbol komandasının bu günlərdə Ukraynada keçirilmiş vəkillər arasında futbol turnirində qələbə qazanması münasibətilə komanda üzvlərinin mükafatlandırılması haqqında qərarlar qəbul olunmuşdur.
02.11.2018 - Belarusun paytaxtı Minskdə Belarus Respublikasının Vəkillər Kollegiyası və Rusiya Vəkillərinin Federal Palatası tərəfindən təşkil olunmuş “Dövlət və vəkillik: qarşılıqlı əlaqə yolları” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda Belarus, Rusiya, Qırğızıstan, Moldova, Latviya, Ukrayna və Gürcüstan vəkillər kollegiyalarının rəhbərliyi, o cümlədən bir çox ölkədən vəkillər, habelə Belarusun ədliyyə nazirinin müavini, Belarus Baş prokurorunun müavini iştirak etmişlər. Tədbirdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası sədi Anar Bağırov və kollegiyanın üzvü, "Kəngərli və Partnyorları" vəkil bürosunun rəhbəri İsmayıl Kəngərli tərəfindən təmsil olunmuşdur.
08.11.2018 - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə Siyəzən rayonunda aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilmişdir.
08-09.11.2018 - Gürcüstanın paytaxtı Tiflisdə Vəkillərin Beynəlxalq Konfransı keçirilmişdir. Konfransda Gürcüstan, Belarus, Ukrayna, Rusiya, Fransa, Polşa, Avstriya vəkillər kollegiyalarının rəhbərləri və üzvləri, o cümlədən, Avropa Vəkillərinin Asossiasiyası, Avropa Şurası, Avropa İttifaqı və başqa beynəlxalq təşkilatların nümayəndələri, habelə Gürcüstan parlamentinin spikeri iştirak etmişlər. Tədbirdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası sədr Anar Bağırov və Rəyasət Heyətinin üzvü Fariz Məmmədov tərəfindən təmsil olunmuşdur.
10.11.2018 - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə Hacıqabul rayonunda aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilmişdir.
14.11.2018 - Avropa Vəkillər Kollegiyaları Assosiasiyasının – CCBE-nin sədr müavini Ranko Poliçariç Vəkillər Kollegiyasının Rəyasət Heyətini ziyarət etmişdir. Qonaq Vəkillər Kollegiyasının sədri Anar Bağırov və müavinləri Aydın Axundov və Pərviz Ələkbərov tərəfindən qarşılanmışdır. Qonağa Azərbaycan vəkillərinin etik davranış qaydaları haqqında əsasnamənin hazırlanması zamanı CCBE-nin Avropa vəkillərinin etik davranış kodeksinin əsasnaməyə inkorporasiya edilməsi barədə məlumat verilmiş, gələcəkdə ölkəmizin CCBE-yə üzvlük perspektivləri müzakirə olunmuş, digər mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.
14.11.2018 - Hüquqşünasların Beynəlxalq Komissiyasının – ICJ-nin baş katibi Saman Zarifinin rəhbərlik etdiyi nümayəndə heyəti Vəkillər Kollegiyasının Rəyasət Heyətini ziyarət etmişdir. Qonaqları Vəkillər Kollegiyasının sədri Anar Bağırov və müavini Pərviz Ələkbərov qarşılamışdır. Görüşdə qonaqlara son dövlər Kollegiya tərəfindən vəkillik sahəsində görülmüş işlər barəsində ətraflı məlumat verilmiş və 15-16 noyabrda “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövuzunda Kollegiya və Avropa Şurası ilə birgə keçiriləcək konfransa dəstək verdiklərinə görə təşkilatın rəhbərliyinə sədr Anar Bağırov tərəfindən təşəkkür bildirilmişdir. Eyni zamanda baş katib Saman Zarifi ICJ-nin Azərbaycanda vəkillyin daha da inkişaf etdirilməsində və bu sahədə əməkdaşlıqda maraqlı olduğu bildirilmiş, habelə ICJ-nin dünya çapında göstərdiyi fəaliyyət barədə məlumat vermişdir.
15-16.11.2018 - Fairmont mehmanxanasında Avropa Şurası, Hüquqşünasların Beynəlxalq Komissiyası və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda keçiriləcək beynəlxalq konfrans keçirilmişdir. Tədbirdə 16 xarici ölkədən nümayəndələr, o cümlədən Belarus, Gürcüstan, Rusiya, Türkiyə vəkillər kollegiyalarının rəhbərləri, Niderland Krallığı, Birləşmiş Krallıq, Fransa, İsveçrə, Qazaxıstan, Ukrayna, Özbəkistan vəkillər kollegiyalarının üzvləri, Avropa Şurası, Avropa İttifaqı, Hüquqşünasların Beynəlxalq Komissiyası, Birləşmiş Millətlər Təşkilatı, Avropa Vəkillər İttifaqı və Hüquq Cəmiyyətləri və digər beynəlxalq təşkilatların nümayəndələri, habelə Konstitusiya Məhkəməsinin və digər məhkəmələrin hakimləri, Prezident Administrasiyasının, digər dövlət orqanları və qeyri-hökumət təşkilatlarının nümayəndələri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 100-dən artıq üzvü, yerli və beynəlxalq ekspertlər iştirak etmişdir. İki gün davam edən və 4 sessiyada keçirilən konfransın məqsədləri beynəlxalq ekspertlərin və dünyanın müxtəlif ölkələrinin vəkillər kollegiyalarının nümayəndələrinin vəkillik peşəsinin idarəetmə və rolu ilə bağlı perspektivlərinin bir araya gətirilməsi olmuşdur. Tədbirlərdə müvəkkillərinin insan hüquqlarının müdafiəsini həyata keçirərkən vəkillərin əməl etməli olduqları tələb və şərtlərin müqayisəli təhlili aparılacaqdır. Konfrans iştirakçılarının çıxışları, əsasən vəkillik peşəsinin təşkili və idarəetməsi, vəkil etikası və vəkillərin peşəyə qəbul mövzularında nəzərdə tutulmuşdur. Bundan başqa, Avropa Şurası və Hüquqşünasların Beynəlxalq Komissiyası tərəfindən təklif olunan, müstəqil vəkillik peşəsinin formalaşmasında vəkillər üçün keçirilən təlimlərin roluna və müxtəlif resurslara xüsusi diqqət yetirilmişdir.
21.11.2018 - Bu ildən etibarən vəkilliyə sənəd qəbulunun daimi əsaslarla aparıldığını nəzərə alaraq, Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunmuş razılığa əsasən, 23.12.2018-ci il tarixdə Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsinin keçirilməsi nəzərdə tutulmuşdur. Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan əvvəlki yazılı test imtahanlarından fərqli olaraq kompüter vasitəsilə - elektronlaşdırılmış qaydada həyata keçiriləcəkdir.
23.11.2018 - Bakcell şirkətinin rəsmisi cənab Fuad Xəlilovla Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırovun işitrakı ilə əməkdaşlıq sazişi bağlanmışdır. Əldə olunmuş razılığa əsasən, artıq Vəkillər Kollegiyasının bütün üzvləri Bakcell şirkətinin aşağıda göstərilən paketləri üzrə korporativ nömrələr əldə edə biləcəklər. Həmin paketlər üzrə vəkillər endirimli şərtlərlə ölkədaxili zənglərdən yararlana biləcəklər. Eyni zamanda vəkillər öz ailə üzvləri üçün də analoji nömrələr əldə edə bilərlər.
23.11.2018 - Vəkillər Kollegiyasının rəhbərliyi aparılmış əsaslı təmirdən sonra Bakı şəhəri 14 saylı Vəkil Bürosunun açılış mərasimində iştirak etmişdir. Vəkillər Kollegiyasının sədri Anar Bağırov, sədr müavinləri Aydın Axundov və Pərviz Ələkbərovu büroda aparılmış yenidənqurma işləri ilə tanış edən büronun müdiri Telman Qasımov görülmüş işlər barədə məlumat vermiş, vəkillərin fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradıldığını, konfidensial görüş otaqlarının ayrıldığını, o cümlədən büronun müasir kompüter və digər avadanlıqlarla təchiz olunduğunu bildirmişdir.
24.11.2018 - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə Suraxanı və Qusar rayonlarında aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilmişdir.
28.11.2018 - Vəkillər Kollegiyasının sədri Anar Bağırovun rəhbərlik etdiyi Kollegiyanın rəhbərliyindən və Vəkillərin İntizam Komissiyasının bir sıra üzvlərindən ibarət nümayəndə heyəti Almaniyaya təcrübə səfərinə yola düşmüşlər. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə baş tutan səfərin əsas məqsədini Azərbaycan və Almaniya vəkillər kollegiyaları arasında əməkdaşlıq münasibətlərinin qurulması, vəkillərin intizam məsələlərinə baxılması ilə bağlı Almaniya təcrübəsinin öyrənilməsi, habelə müvəkillər və vəkillər arasında hüquqi xidmətlərin göstərilməsi sahəsində yaranan mübahisələrin həlli və sair məsələlər barəsindən təcrübə mübadiləsinin təmin edilməsi təşkil etmişdir.
29.11.2018 - Vəkillər Kollegiyasının Rəyasət Heyətində Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) Bakı ictimai birliyinin nümayəndələri ilə görüş keçirilmişdir. Qonaqlar Kollegiyasının sədri Anar Bağırov tərəfindən qəbul olunmuş, gənc hüquqşünasların vəkil peşəsini seçməyə sövq edilməsi yolları, onların vəkil qurumlarında staj keçmələri, gələcəkdə səhnələşdirilmiş məhkəmə müsabiqələrinin keçirilməsində Kollegiyasının iştirakı məsələləri müzakirə olunmuşdur. Görüş çərçivəsində Vəkillər Kollegiyası ilə ELSA arasında əməkdaşlıq sazişi imzalanmışdır. Razılaşmaya əsasən, bundan sonra Vəkillər Kollegiyası birgə layihələrin, konfransların, dəyirmi masaların, seminarların və müzakirələrin, məhkəmə müsabiqələrinin, hüquq məktəblərinin keçirilməsi, ELSA üzvlərinin vəkil qurumlarında təcrübə keçməsinə dəstək göstərəcəkdir.
30.11.2018 - İlk dəfə olaraq Vəkillər Kollegiyasının Rəyasət Heyətinin səyyar iclası keçirilmişdir. İclasda Vəkillər Kollegiyası Rəyasət Heyətinin aparatı yanında “Mübahisələrin alternativ həlli üzrə Komitə”nin yaradılması məsələsinə baxılmış, qeyd olunan məsələ ilə bağlı müsbət qərar qəbul edilmiş, təşkil olunacaq Komitəyə Vəkillər Kollegiyasının üzvü Ruslan Mirzəyevin rəhbərlik etməsi qərara alınmışdır. Bundan başqa, yeni vəkil qurumlarının təsis edilməsi ilə bağlı qərarlar qəbul olunmuşdur. Belə ki, Bakı şəhərində fəaliyyət göstərəcək “Fem Partners”, “Kredo”, “Verdikt” vəkil büroları, Bakı şəhəri 24 saylı vəkil bürosu, o cümlədən İmişli rayon vəkil bürosunun təsis olunması barədə məsələlərə baxılmış və bu müraciətlərlə əlaqədar Rəyasət Heyəti tərəfindən müsbət qərarlar qəbul olunmuşdur. Eyni zamanda, başqa vəkil qurumuna keçmək və vəkilliyə qəbul üzrə müraciətlərə baxılmış, bir sıra vəkillərin mükafatlandırılması, habelə növbəti ildən tətbiq olunması gözlənilən order markasının vahidinin qiymətinin 10 manat müəyyən edilməsi haqqında qərarlar qəbul olunmuşdur.
01.12.2018 - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə Masallı rayonunda yerləşən "Mədəniyyət Mərkəzi"ndə bu rayonun və ətraf rayonların aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilmişdir.
03.12.2018 - Vəkil qurumları və vəkillər arasında kollektiv ruhun və qarşılıqlı münasibətlərin daha da möhkəmləndirilməsi məqsədilə ilk dəfə olaraq vəkillər arasında futbol üzrə birinci turnirin keçirilməsi qərara alınmışdır. 8 dekabrdan 2 fevral tarixədək davam edəcək turnirdə 8 komanda – “Barrister”, “Veteranlar”, “Advokat”, “Sumqayıt”, “Abşeron”, “11 saylı Vəkil Bürosu”, “16 saylı Vəkil Bürosu” və “Ədalət” komandaları iştirak edəcəkdir.
07.12.2018 - Vəkillər Kollegiyasının sədri Anar Bağırov və Rəyasət Heyətinin üzvü Fariz Məmmədov Litva Vəkillər Kollegiyasının dəvəti ilə Vilnus şəhərində Litva vəkilliyinin 100 illiyi ilə bağlı təntənəli mərasimdə iştirak etmişlər.
08.12.2018 - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə İsmayıllı rayonunda ətraf rayonlarda yaşayan aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilmişdir.
10.12.2018 - BMT-nin Azərbaycandakı nümayəndəliyi İnsan Hüquqları Günü və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyi münasibətilə Bakıda şəhərində yerləşən Muzey Mərkəzində sərgi açılışını keçirib. Açılış tədbiri dövlət qurumları, BMT, Milli Məclis, vətəndaş cəmiyyəti, akademik dairələr və kütləvi informasiya vasitələrinin 100-ə yaxın nümayəndəsini bir araya gətirib. Tədbir, həmçinin, dünyada qadın və qızlara qarşı zorakılığa son qoymağı səsləyən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasının yekununu qeyd edib. Qeyd olunmalıdır ki, insan hüquqlarının bilavasitə müdafiəsində duran institut kimi bugünkü tədbirdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası da dəvətlilər arasında olmuş və tədbirdə sədr Anar Bağırovun rəhbərlik etdiyi heyətlə təmsil olunmuşdur.
13.12.2018 – Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclasda hazırda Vəkillər Kollegiyasının regional mərkəzlərinin, eləcə də fəaliyyətdə olan vəkil bürolarının təmiri və istifadəyə verilməsi üzrə aparılan işlər, yaxın günlərdə ASAN xidmət mərkəzlərində açılması gözlənilən vəkil bürolarının təşkili üzrə vəziyyət, o cümlədən dekabrın 23-də keçiriləcək vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsinin təşkili, sənəd qəbulu prosesinin hazırki vəziyyəti və digər məsələlər barədə iclas iştirakçılarına məlumat vermilmişdir. İclasda Vəkillər Kollegiyasının “Hüquqi yardım və tədris mərkəzi”nin yaradılması məsələsinə baxılmış, qeyd olunan məsələ ilə bağlı müsbət qərar qəbul edilmiş, təşkil olunacaq Mərkəzə Vəkillər Kollegiyasının üzvü, Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədovun rəhbərlik etməsi qərara alınmışdır. Eyni zamanda, yeni vəkil qurumlarının təsis edilməsi ilə bağlı qərarlar qəbul olunmuşdur. Belə ki, Bakı şəhərində fəaliyyət göstərəcək “Entilex Law Group” və Sumqayıt Regional Vəkil Bürosunun təsis olunması barədə məsələlərə baxılaraq müsbət qərarlar qəbul olunmuş, başqa vəkil qurumuna keçmək və vəkilliyə qəbul üzrə müraciətlərə baxılmışdır.
15.12.2018 - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə Şirvan şəhərində ətraf rayonlarda yaşayan aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilmişdir.
18.12.2018 - Moskva şəhərində Rusiya Federal Vəkillər Palatasının təşkilatçılığı ilə “Vəkillik, dövlət və cəmiyyət” mövzusuna həsr olunmuş XIII elmi-praktik konfrans keçirilmişdir. Konfransda Rusiya Federasiyasının müxtəlif regionları və vilayətlərindən vəkillər, o cümlədən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri Muxtar Mustafayev və Sima Yaqubova iştirak etmişdir.
20.12.2018 - BMT-nin 1966-cı il İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq Paktının 13-cü maddəsinədə qeyd olunur ki, “Təhsil hamıya azad cəmiyyətin faydalı iştirakçısı olmaq imkanı verməlidir”. Bu postulatdan çıxış edərək bu günlərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) təşkilatçılığı, habelə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Məhkəmə-Hüquq Şurasının tərəfdaşlığı ilə respublikamızın 10 orta məktəbində keçirilən “Hüquq və Mən” layihəsi yekunlaşdırılmışdır. Layihə Füzuli, Zaqatala, Beyləqan, Tərtər, Xızı, Masallı, İmişli, Mingəçevir, Yevlax və Ağcabədi rayonunda yerləşən məktəbləri əhatə etmişdir.
23.12.2018 - Dövlət İmtahan Mərkəzinin Kompüter Mərkəzində Vəkillər Kollegiyası və Dövlət İmtahan Mərkəzi ilə birgə vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması barədə tövsiyəsi rəhbər tutularaq cari ilin aprel ayında başlanılmış sənəd qəbulu nəticəsində 150 nəfər hüquqşünas vəkil olmaq üçün öz namizədliyini irəli sürmüş və 3 saat davam edən imtahanda bilavasitə 138 nəfər iştirak etmiş, onlardan 106 nəfəri 60 və daha yüksək bal toplamışdır ki, bu da 76,8 faiz təşkil edir. Ən yüksək nəticə göstərən namizəd 94 bal toplamışdır. Şəffaf şəraitdə keçirilən imtahanda bir çox yerli və beynəlxalq, dövlət və qeyri-hökümət təşkilatlarından müşahidəçilər, televiziya və mətbuat nümayəndələri iştirak etmişdir.
26.12.2018 - Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Azərbaycan Respublikasının Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında imzalanmış memorandum çərçivəsində növbəti layihəyə start verilmişdir. Vəkillər Kollegiyasının "Kəngərli və partnyorları" Vəkil Bürosunun rəhbəri İsmayıl Kəngərli tərəfindən bu ayın 26-da ASAN könüllülərinə ilkin hüquqi təlimlər silsiləsindən "Vəkillik - hüquqların peşəkar müdafiəsinin real təcrübədə tətbiqi" mövzusunda təlim keçmişdir.
26.12.2018 - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə Salyan rayonunda ətraf rayonlarda yaşayan aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilmişdir.
28.12.2018 - Vəkillər Kollegiyası Rəyasət Heyətinin təşəbbüsü ilə Yeni il və “Dünya azərbaycanlılarının həmrəylik günü” münasibəti ilə Rəyasət Heyətinin və Vəkillərin İntizam Komissiyasının bir sıra üzvləri Rəyasət Heyətinin sədr müavini Aydın Axundovun rəhbərliyi ilə Bilgəh qəsəbəsində yerləşən Təqaüd Yaşına Çatmış Şəxslər üçün Sosial Xidmət Müəssisəsini ziyarət etmiş və orada məskunlaşmış ahıl yaşına çatmış şəxslərlə görüşmüşlər.