Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkillər üçün Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərlə bağlı
19 yanvar 2019-cu il tarixdə saat 14:00-16:00 arasında məlumatlandırma sessiyası keçirəcəkdir.
Vəkillər Kollegiyasının üzvləri arasında korporativ və vergi hüquq sahəsində ixtisaslaşmış kifayət qədər vəkillərin olmasını nəzərə alaraq, qeyd olunan məlumatlandırma sessiyasında vəkil xidmətlərinin göstərilməsi ilə bağlı əldə olunan gəlirlərə münasibətdə vergitutma məsələlərindən başqa, müxtəlif vergi növləri və onların təsir dairəsinə düşən xidmət və mallar barəsində də müfəssəl məlumatlar veriləcəkdir.
Məlumatlandırma sessiyası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin Aparatının Maliyyə və təchizat şöbəsinin müdiri
Elçin Paşayev tərəfindən keçiriləcəkdir.
Qeyd olunmalıdır ki, peşəkar sabiq vergi işçisi olan Elçin Paşayev bundan əvvəl uzun illər vergi orqanlarında bir sıra yüksək vəzifələrdə çalışmışdır. O, regional vergi orqanlarında Xidmət şöbəsinin rəisi, Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin rəhbəri vəzifəsini tutmuşdur.
Yerlərin məhdud olduğunu nəzərə alaraq, sessiyada iştirak etmək arzusunda olan şəxslər bu barədə niyyətlərini
18.01.2019-cu il tarixdə saat 18:00-dək orkhan.babayev@barassociation.az ünvanına müraciət etməklə bildirə bilərlər.