Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərin İxtisas Komissiyasının məlumatı

16 fevral 2018    3048 share share

Hazırda ölkəmizdə vəkillərin sayının artırılması istiqamətində Vəkillər Kollegiyası tərəfindən işlər davam etdirilməkdədir.

Məlum olduğu kimi, 28.01.2018-ci il tarixdə keçirilmiş yazılı test mərhələsini 607 vəkilliyə namizəd uğurla keçmiş və Vəkillərin İxitsas Komissiyasının qərarına əsasən, imtahanın növbəti – şifahi müsahibə mərhələsinin başlanması 01.03.2018-ci il tarixə təyin olunmuşdur.

Şifahi müsahibə mərhələsinin keçirilməsi ilə əlaqədar, “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi” Qaydalarına əsasən, namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırki və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər.

Namizədlər şifahi müsahibələrə İmtahan Qəbul Komissiyasına namizədliklərinin qeydə alınması barədə verdikləri ərizələrinin ardıcıllığı əsasında dəvət olunacaqlar. Şifahi müsahibənin tarixi və vaxtı barədə hər bir namizədə əvvəlcədən məlumat veriləcəkdir.