Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının rəhbərliyi “AmCham”ın təşkil etdiyi tədbirdə iştirak etmişdir

26 yanvar 2019    1914 share share

Yanvar ayının 25-də “Baku Boulevard Hotel”də “AmCham” (Azərbaycandakı Amerika Ticarət Palatası) üzvlərinin növbəti işgüzar naharı baş tutmuşdur.

Tədbirdə ABŞ-ın Azərbaycandakı müvvəqəti işlər vəkili Villiam R. Qill, İspaniya Krallığının Azərbaycandakı müvəqqəti işlər vəkili İqnasiyo Sançez Taboada və digər qonaqlar iştirak etmiş, əsas məruzəçi qismində isə Vəkillər Kollegiyasının sədri Anar Bağırov dəvət edilmişdir.

İşgüzar naharda çıxış edən Kollegiya sədri belə bir tədbirə dəvət olunduğu üçün təşkilatçılara təşəkkürünü bildirərək, bu kimi görüşlərin ölkədə biznes mühitinin inkişaf etdirilməsi baxımından müsbət addım olduğunu qeyd etmiş, Vəkillər Kollegiyası tərəfindən son dövrdə həyata keçirilmiş tədbirlər, ölkədə vəkillik institutunun təkmilləşdirilməsi və nüfuzunun artırılması istiqamətində aparılmış işlər barədə məlumat vermiş, bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının tarixi önəm daşıdığını vurğulamış, tədbir iştirakçılarının müxtəlif suallarını cavablandırmışdır.

Daha sonra “AmCham”ın prezidenti Nuran Kərimov Anar Bağırova tədbirdə iştirakı, müfəssəl çıxışı və səsləndirdiyi fikirlər üçün təşəkkürünü bildirmişdir.