Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

2 Fevral Gənclər Günü münasibətilə Vəkillər Kollegiyasının sədri Anar Bağırovla görüş

31 yanvar 2019    1245 share share

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ELSA Azərbaycanın birgə təşkilatçılığı ilə 2 Fevral Gənclər Günü münasibətilə Vəkillər Kollegiyasının sədri Anar Bağırovla görüş keçiriləcəkdir.

Görüş 2 Fevral, saat 11:00-da INNOLAND Incubation and Acceleration Center-də (Atatürk prospekti 89) keçiriləcək.

Görüş ərzində Anar Bağırov vəkillik peşəsi, Vəkillər Kollegiyasının fəaliyyəti barədə məlumat verəcək, iştirakçıların suallarını cavablandıracaqdır.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası gənc hüquqşünasları və tələbələri sədr Anar Bağırovla görüşdə iştirak etməyə dəvət edir!