Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

VƏKİLLƏR KOLLEGİYASI ELSA İLƏ BİRGƏ “ASAN”DA “GƏNCLƏR GÜNÜ”NÜ QEYD ETDİ

02 fevral 2019    3563 share share

Bu gün – 2 fevral “Gənclər günü” çərçivəsində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Gənclər Gününə həsr olunmuş respublika toplantısında gənclərin dövlət və qeyri-dövlət təşkilat və qurumlarında önə çəkilməsi, onların potensialından səmərəli istifadə edilməsi ilə bağlı tövsiyəsini nəzərə alaraq, Avropa Gənc Hüquqşünaslar Assosiasiyası (ELSA) və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnoland” İnnovasiyalar Mərkəzində tələbə hüquqşünaslar ilə Vəkillər Kollegiyasının sədri Anar Bağırovun görüşü baş tutmuşdur.

İnteraktiv formatda keçən görüşdə Kollegiyanın sədri tərəfindən son dövrlər vəkillikdə görülmüş işlər barədə məlumat verilmiş, gənc hüquqşünasların vəkilliyə gəlmələrinin təşviq edilməsi üzrə fəaliyyətlər haqqında müzakirlər aparılmış, gələcəkdə vəkillik haqqında qanunvericiliyimizin müasir dövrün tələbləri ilə uzlaşdırılması barədə faydalı fikir mübadiləsi aparılmışdır.

Öz çıxışı zamanı Kollegiyanın rəhbəri tələbələrə “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamının vəkillik üçün əhəmiyyəti barədə məlumat verərək, həmin sənəddə Dövlət başçısı tərəfindən Vəkillər Kollegiyasına yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılmasının tövsiyə edilməsi məsələsini xüsusi olaraq vurğulamışdır. Qeyd olunmalıdır ki, Dövlət başçısının tövsiyəsinin icrası çərçivəsində 2018-ci ildə 500-dən çox gənc hüquqşünasın vəkilliyə qəbul olunm jası və bu rəqəmin gələcək dövrdə daha da artırılmasının zərurəti bildirlmişdir.

Müzakirələr zamanı Anar Bağırov bundan sonra Vəkillər Kollegiyasının gənc hüquqşünasları müxtəlif təlimlərin keçirilməsi, istehsalat təcrübələri, habelə bacarıqlı gənclərin vəkil qurumlarında işlərə cəlb edilməsi yolu ilə onlara himayədarlıq etməyə hazır olduğunu bildirmişdir. Sədr öz çıxışında bu görüşün ilk olmasını nəzərə alaraq, növbəti aylarda hüquqa dair daha tematik mövzular ətrafında gənc hüquqşünasıar üçün Kollegiya üzvləri tərəfindən silsilə treninqlərin keçirilməsinin nəzərdə tutulduğunu ifadə etmişdir. Həmçinin bu günlərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 100 illiyinə həsr olunmuş VIII Milli Məhkəmə Müsabiqəsinin keçirilməsinin və bu kimi faydalı tədbirdə gənc hüquqşünasların iştirakının onlarda peşə vərdişlərinin formalaşması baxımından əhəmiyyəti qeyd olunmuşdur.

Tədbirdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin aparatının rəhbəri Fərhad Nəcəfov, Vəkillər Kollegiyası və ELSA ilə əməkdaşlıq üzrə koordinatoru, “Kəngərli və partnyorları” vəkil bürosunun rəhbəri İsmayıl Kəngərli iştirak etmişlər.