Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

VƏKİLLƏRİN DİQQƏTİNƏ: ÇİRKLİ PULLARIN YUYULMASINA QARŞI MÜBARİZƏ

06 fevral 2019    2480 share share

Məlum oluduğu kimi, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, vəkillər maliyyə monitorinqinin iştirakçılarıdırlar.

Eyni zamanda bildiririk ki, maliyyə monitorinqi orqanı olaraq AR-nın Maliyyə Monitorinqi Xidməti mütəmadi şəkildə terrorçuluğun maliyyləşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslər haqqında Kollegiyaya mütəmadi məlumatlar göndərir. Qanunun tələbinə əsasən, vəkillər maliyyə monitorinqinin iştirakçısı olaraq onlara münasibətdə nəzarət orqanı olan Vəkillər Kollegiyasına cinayət yolu ilə əldə olunmuş pul vəsaitləri və s. barədə məlumatlar təqdim etməlidir.

Beləliklə, vəkillərimizin özlərini bu kimi risklərdən sığortalaması üçün qeyd olunan siyahı ilə tanış olmaları məqsədilə aşağıdakı linkdən istifadə oluna bilər:
 
Qeyd olunmalıdır ki, bu məlumatlandırma işi Azərbaycan Respublikası Prezidentinin 18.11.2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Vəkillər Kollegiyası üzvlərinin qeyd olunan sahədə məlumatlandırılması üzrə tədbirlər çərçivəsində həyata keçirilir.