Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

ELAN: “Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət şərtləri və qaydası” mövzusunda təlim

11 fevral 2019    920

Avropa Şurasının Bakıdakı Ofisi Azərbaycan Respublikası Ədliyyə Akademiyası və Vəkillər Kollegiyası ilə birgə əməkdaşlıq çərçivəsində vəkillər üçün “Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət şərtləri və qaydası” mövzusunda təlim keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 27 fevral 2019-cu il tarixdə saat 10:00-dan 17:00-dək Hilton Baku Mehmanxanasının konfrans zalındə keçiriləcək təlim Vəkillər Kollegiyasının üzvləri Oktay Məhərrəmov, Sadiq Bağırov və Bakı Dövlət Universitetinin müəllimi Gülnaz Ələsgərova tərəfindən aparılacaqdır.

Təlimdə iştirak üçün yerlər məhduddur. İştirak etmək arzusunda olan vəkillər 23 fevral 2019-ci il tarixədək  iştirak barədə niyyət məktubunu Kollegiyanın aparatının əməkdaşı Orxan Babayevin email ünvanına (orkhan.babayev@barassociation.az) göndərə bilərlər.

Qeyd: Müraciət üçün nəzərdə tutulan son tarixdən sonra seminara seçilməsi barədə tərəfimizdən cavab göndərilməyən vəkillərin seminarda iştirak üçün seçilmədikləri nəzərə alınmalıdır. Həmin şəxslərə gələcəkdə keçiriləcək seminarlarda iştirak üzrə seçim aparılarkən üstünlük veriləcəkdir.