Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

İmişli və ətraf rayonların əhalisinin diqqətinə: Pulsuz hüquqi yardım

13 fevral 2019    1513 share share

Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilmişdir.

Qeyd olunan tövsiyənin icrası ilə əlaqədar olaraq keçirilən tədbirlər çərçivəsində 16 fevral 2019-cu il tarixdə Bakı şəhəri 4 saylı Vəkil Bürosu tərəfindən İmişli rayonunda yerləşən Heydər Əliyev Mərkəzində saat 10:00-13:00-da ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilməsi nəzərdə tutulmuşdur.

Bu kimi tədbirlər Respublikanın digər regionlarında da müntəzəm olaraq keçiriləcəkdir.