Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının üzvü yüksək vəzifəyə layiq görülmüşdür

19 fevral 2019    4131 share share

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 fevral 2019-cu il tarixli Sərəncamı ilə Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Anar Mehman oğlu Kərimov əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin olunmuşdur.

Anar Kərimov əmək fəaliyyəti dövründə müxtəlif qurum və təşkilatlarda hüquqşünas olaraq çalışmış, Xarici İşlər Nazirliyində, Azərbaycan Respublikasının İsveçrədəki səfirliyində, İqtisadi İnkişaf Nazirliyində, o cümlədən özəl sektorda rəhbər vəzifələrdə işləyib. O, Azərbaycan-Britaniya Hüquqşünaslar Assosiasiyasının həmtəsisçisi və Azərbaycan-İtaliya Ticarət Palatasının vitse-prezidenti olub. Hüquq elmləri namizədi olan A.Kərimov Bakı Dövlət Universitetində Hüquq fakültəsinin ingilisdilli magistratura proqramında müəllim kimi fəaliyyət göstərib.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti kollegiyanın üzvü Anar Kərimovu yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik edir, gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edir.