Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının üzvləri beynəlxalq konfransda iştirak etmişlər

21 fevral 2019    2780 share share

14-15 fevral tarixlərində Rusiyanın Yekaterinburq şəhərində “Səhv: hüquq yaxud məsuliyyət?” mövzusunda məhşur hüquqşünas M.İ.Kovalyovun xatirəsinə həsr olunmuş XVI beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.

Konfransda “biznes mühitində səhvlər və onların nəticələri: risk yaxud cinayət”, “məhkəmə səhvləri və onların səbəbləri: qanunverici, tərəflər və ya hakimlər”, “tibb sahəsində səhvlər: qiymətləndirmə kriteriyaları” mövzularında panel iştirakçılarının çıxışları dinlənilmiş, konfransda iştirak edən şəxslərin müxtəlif sualları cavablandırılmış, aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

Tədbirdə ölkəmizi Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Şəfayət Həsənov, vəkil Abbas Kərimbəyli, o cümlədən hüquq üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev təmsil etmişdir.