Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Hüquq fakültələrinin tələbələri arasında Milli Məhkəmə Müsabiqəsi keçirilir

26 fevral 2019    3008 share share

23 Fevral tarixində Yasamal Rayon Məhkəməsində ELSA Azərbaycan və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Vəkillər Kollegiyasının 100 İlliyinə həsr olunmuş VIII Milli Məhkəmə Müsabiqəsinin ¼ final mərhələsi keçirilmişdir.

Qeydiyyat və müsahibə mərhələsindən uğurla keçmiş komandalar cinayət işi üzrə prosesdə iştirak etmiş və proses iştirakçılarının çıxışı Yasamal Rayon Məhkəməsinin hakimləri Hüseyn Səfərov və Murad Məmmədov tərəfindən qiymətləndirilmişdir.

Növbəti, yəni yarımfinal mərhələsi 3 mart tarixində Bakı Apelyasiya Məhkəməsində, final mərhələsi isə 10 mart tarixində Azərbaycan Respublikasının Ali Məhkəməsində keçiriləcəkdir.