3 Mart tarixində Bakı Apellyasiya Məhkəməsində ELSA Azərbaycan və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Vəkillər Kollegiyasının 100 İlliyinə həsr olunmuş VIII Milli Məhkəmə Müsabiqəsinin 1/2 mərhələsi keçirilmişdir.
1/4 mərhələsindən uğurla keçmiş komandalar inzibati iş üzrə prosesdə iştirak etmiş və proses iştirakçılarının çıxışı Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmira Nağıyeva, Həmid Həmidov və Vüsalə Baxışeva tərəfindən qiymətləndirilmişdir.
Növbəti - final mərhələsi 10 mart tarixində Azərbaycan Respublikasının Ali Məhkəməsində keçiriləcəkdir.