Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

70-DƏN ARTIQ GƏNC HÜQUQÜŞNASIN İŞTİRAKI İLƏ TƏLİM KEÇİRİLMİŞDİR

09 mart 2019    1811 share share

Bu gün “Anatolia Hotel”də Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) ilə birgə gən hüquqşünaslar üçün “Cinayət prosesində tutulma və həbsə alınma” mövzusunda təlim təşkil olunmuşdur.

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin Aparatının rəhbəri Fərhad Nəcəfov tədbir iştirakçılarını Vəkillər Kollegiyasının sədri Anar Bağırovun adından salamlayaraq, Kollegiyanın gənc hüquqşünasların vəkilliyə gəlmələrində maraqlı olduğunu, bu istiqamətdə müxtəlif səpkili tədbirlər keçiriləcəyi barədə məlumat vermiş, bundan sonra da Kollegiya tərəfindən ELSA ilə birgə belə faydalı təlimlərin mütəmadi şəkildə təşkili haqqında fikirlərin bölüşmüşdür.

Daha sonar 70-dən artıq gənc hüquqşünasın qatıldığı təlim, cinayət prosesi fənni üzrə uzunullik pedaqoji və təcrübi bacarıqları ilə tanınan, Vəkillərin İxtisas Komissiyasının üzvü, vəkil Fərid Həsənov tərəfindən davam etdirilmişdir. 2 saat keçən təlimdə cinayət işinin başlanılması, tutulma və həbsin prosessual baxımdan fərqləri, vəkilin qeyd olunan mərhələlərdə - həm ibtidai istintaq orqanları, həm də məhkəmə mərhələsində müraciət etməli olduğu taktika, bu sahədə Ali Məhkəmə və Avropa İnsan Hüquqları Məhkəməsinin praktikası barədə ətraflı məlumat verilmişdir. Sonra vəkil Fərid Həsənov tərəfindən tədbir işitrakçılarının sualları cavablandırılmışdır.

Sonda təlim iştirakçılarına setifikatlar təqdim olunmuşdur.