Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramının 2019-cu il fəaliyyət planında Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə əməkdaşlıq çərçivəsində vəkillər üçün silsilə seminarların keçirilməsi nəzərdə tutulur.
Bunu nəzərə alaraq, 12.04.2019-cu il və 03.05.2019-cu il tarixlərdə “Park İnn” mehmanxanasında vəkillər üçün “İnzibati prosesdə müxtəlif iddia növlərinin yoxlanılması” mövzusunda növbəti seminarların keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, seminarlarda ekspert qismində inzibati hüquq üzrə təlimçilərdən olan Bakı Apellyasiya Məhkəməsinin hakimi Rafael Eyvazov və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Elçin Usubun cəlb olunması nəzərdə tutulur.
Təlimdə iştirak üçün yerlər məhduddur. İştirak etmək arzusunda olan vəkillər 8 aprel 2019-cu il tarixədək iştirak barədə niyyət məktubunu Kollegiyanın aparatının əməkdaşı Orxan Babayevin email ünvanına (
orkhan.babayev@barassociation.az) göndərə bilərlər.
Qeyd: Müraciət üçün nəzərdə tutulan son tarixdən sonra seminara seçilməsi barədə tərəfimizdən cavab göndərilməyən vəkillərin seminarda iştirak üçün seçilmədikləri nəzərə alınmalıdır. Həmin şəxslərə gələcəkdə keçiriləcək seminarlarda iştirak üzrə seçim aparılarkən üstünlük veriləcəkdir.