Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Vəkil Klubu Azərbaycanda vəkilliyinin 100 illiyi münasibəti ilə “I Vəkil bədii yaradıcılıq” müsabiqəsinin keçirilməsini nəzərdə tutmuşdur.
Müsabiqənin məqsədi hüquq toplumuna aid şeir və hekayə çərçivəində şəxsi əsərlərinin qiymətləndirilməsi və yayımlanmağa dəyər qazanmış əsərlərin yayımlanmasından ibarətdir.
Mövzu
Müsabiqənin mövzusu sərbəstdir və əsərlər istənilən mövzuda və həcmdə ola bilər.
İştirak
Müsabiqədə vəkillərin, vəkillərin ailə üzvlərinin (ərinin (arvadının), uşağının), vəkil köməkçilərinin, hakimlərin, hüquqşünasların və hüquq fakültəsinin tələbələrinin, habelə xarici ölkə vəkillərinin iştirakı nəzərdə tutulur.
Xarici ölkə vəkilləri əsərlə birlikdə vəkil olmalarını təsdiq edən sənədin surətini pdf formatda göndərməlidirlər. Hər bir iştirakçı müsabiqəyə iki əsər göndərə bilər. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin, İntizam və İxtisas Komissiyalarının üzvləri, Aparat əməkdaşları, Seçici Qrupun üzvləri, həmçinin göstərilən şəxslərin vəkil olan ailə üzvləri müsabiqədə iştirak edə bilməzlər. Əvvəllər yayımlanmış və ya hər hansı bir yarışmada mükafat qazanış əsərlər qəbul edilməyəcək.
Əsərlərin təqdimi
Müsabiqəyə sadəcə elektron poçtla
safarovpasha@gmail.com ünvanına göndərilən əsərlər qəbul ediləcəkdir. İştirakçı əsərləri şəxsi ad və soyadı ilə, həmçinin bədii təxəllüsü ilə göndərə bilər. Zəruət yaranarsa iştirakçıdan ixtisasını və təhsilini təsdiq edən sənəd tələb oluna bilər. Əsərlər A4 səhifəsində Word formatında, 12 ölçüdə və Times New Roman şrifti ilə yazılmalıdır. İştirakçı ad və soyadını hər əsərin başlığında qeyd etməlidir.
Tarix
Müsabiqəyə əsər göndərmə müddəti
15 noyabr 2019-cu il, saat 17:00-da bitir. Seçici qrup tərəfindən mükafat almağa və yayımlanmağa dəyər qazanan əsərlər
25 noyabr 2019-cu il tarixdə www.barassociation.az ünvanında elan olunacaqdır. Mükafatlar noyabr ayı ərzində qaliblərə təqdim olunacaqdır.
Mükafat qazanan əsərlər www.barassociation.az ünvanında yayımlanacaqdır.
Mükafat
Birinci yer – 300 manat + Diplom
İkinci yer – 200 manat + Diplom
Üçüncü yer – 100 manat + Diplom
Digər
İştirakçı müsabiqəyə təqdim etdiyi əsərin tamamilə ona aid olduğunu bəyan etməlidir. Əks halda mükafat alan iştirakçılar əldə etdikləri mükafatı geri qaytarmalıdırlar.
Seçici qrup
Seçici Qrup müsabiqənin həqiqiliyi naminə açıqlanmır.
Əlaqə:
Telefon: (+994)55 680 70 67
Ünvan: Bakı şəhəri, C.Hacıbəyli 100, AZ 1007