Əziz izləyicilər!
Bu ilin 11-19 aprel tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək dünyanın ən genişmiqyaslı məhkəmə müsabiqəsi olan 26-cı Beynəlxalq Kommersiya Arbitraj Müsabiqəsində (26th Willem C. Vis Moot) 378 komanda arasından Azərbaycanı təmsil etmək hüququ qazanan komandanın maddi dəstəyə ehtiyacı vardır.
Qeyd edək ki,1994-cü ildən bəri hər il keçirilən müsabiqənin məqsədi beynəlxalq kommersiya hüququ və beynəlxalq biznes mübahisələrinin həlli üçün arbitrajın öyrənilməsini gücləndirmək və bu sahədə gələcəyin hüquqşünaslarını yetişdirməkdir. BDU hüquq fakultəsinin tələbələri Ləman Sadıqlı, Tərcə Sarıyeva və Səfər Səfərlidən ibarət komanda 2018-ci ilin oktyabrından bəri beynəlxalq kommersiya hüququ və arbitrajla bağlı müsabiqə işindəki problemli hüquqi sualları araşdırır. Bu günə qədər iddiaçı və cavabdeh memorandumlarının hazırlanıb göndərilməsi mərhələlərini komanda müvəffəqiyyətlə keçmişdir. Lakin Vyanada keçiriləcək şifahi çəkişmələrdə iştirak üçün maddi yardıma ehtiyac vardır.
Komandanın yarışmada iştirakını təmin etmək üçün səyahət və qalma xərcləri də daxil olmaqla 7000 AZN miqdarında maddi vəsait lazımdır. Bununla bağlı olaraq sizdən Azərbaycanı təmsil edəcək yeganə komandaya dəstək göstərməyinizi xahiş edirik.
Yardım etmək istəyənlər Səfər Səfərli (+994 51 752 88 10 ) ilə əlaqə saxlaya bilərlər.