Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

İOM-NİN AZƏRBAYCAN NÜMAYƏNDƏLİYİNİN YENİ RƏHBƏRİ VƏKİLLƏR KOLLEGİYASINDA OLMUŞDUR

18 mart 2019    2406 share share

Bu gün Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Vladimir Qyroqiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Vəkillər Kollegiyasının Rəyasət Heyətini ziyarət etmişdir.

Qonaqları salamlayan Vəkillər Kollegiyasının sədri Anar Bağırov ölkəmizdə vəkil peşəsinin durumu, vəkilliyin inkişafı istiqamətində görülən işlər, İOM-un vəkilliyə dəstəyi, xüsusilə vəkillərin davamlı tədrisi, habelə Masallı, Bərdə, Qəbələ, İmişli ASAN mərkəzlərində vəkillər tərəfindən əhaliyə ödənişsiz hüquqi yardım fəaliyyətinə dəstək verilməsi barədə öz fikirlərini bölüşmüş, bu kimi hərtərəfli dəstəyinə görə İOM nümayəndələrinə öz təşəkkürünü bildirmişdir.

Nümayəndəliyə yeni rəhbər təyin olunmuş cənab Qyorqiyev, İOM-un Azərbaycan nümayəndəliyinin fəaliyyəti barədə məlumat verərək ölkəmizdə vəkil peşəsinin inkişafında maraqlı olduqlarını, bundan sonra da bunun üçün Kollegiyaya hərtərəfli dəstək verməyə hazır olduqlarını bildirmişdir.